Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lotu Qulinin “sağ əli” polisə yaxalandı – VİDEO
Lotu Qulinin “sağ əli” polisə yaxalandı – VİDEO
17 Fevral 2017 / 12:07 / Baxış sayı: 2482
Font1 Font2 Font3 Font4
Azərbaycanlı “qanuni oğru”, hazırda Bakıdakı 8 saylı cəzaçəkmə məüssisəsində saxlanılan “Lotu Quli” ləqəbli Nadir Səlifovun yaxın adamı Ukraynada saxlanılıb.
arxiv.bizimxeber.az cebhe.info-ya istinadən xəbər verir ki, Ukrayna polisi Lotu Qulinin bu ölkədəki nümayəndələrindən birinin saxlandığı barədə xəbəri təsdiqləyib. Həmin şəxs əsasən Odessada fəaliyyət göstərib və ordaki tərkibi əsasən azərbaycanlılardan və gürcülərdən ibarət olan etnik kriminal qruplaşmalara nəzarət edib.
Ukrayna Milli Polisinin məlumatına görə, Lotu Qulinin 26 yaşlı nümayəndəsi bundan əvvəl də ölkə ərazisində saxlanılıb. Bu hadisə 2016-ci ilin noyabrında baş verib. Polis onun üzərinə baxış zamanı silah və narkotik maddə aşkarlayıb. Şəxsin barəsində cinayət işi açılıb, ancaq məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçməyib. Bundan sonra isə Lotu Qulinin gənc yaxınını tapmaq mümkün olmayıb və o, məhkəmədən yayınıb.
Bu dəfə isə polis onu idarə etdiyi maşınına görə müəyyən edib. Şəxs polisə ciddi müqavimət göstərsə də, onu nəhayət Odessadakı saxlanma təcridxanasına aparıblar. Hələlik şəxsin adı açıqlanmır.
 
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə