Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yağıntılar sabah kəsiləcək – HAVA
Yağıntılar sabah kəsiləcək – HAVA
17 Fevral 2017 / 12:39 / Baxış sayı: 766
Font1 Font2 Font3 Font4

Fevralın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən arxiv.bizimxeber.az-a verilən məlumata görə,  sabah havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 2-4° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq, gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə