Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib
İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib
17 Fevral 2017 / 12:41 / Baxış sayı: 572
Font1 Font2 Font3 Font4

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı verib.

Başsağlığında deyilir: “Hörmətli cənab Prezident, son günlər ölkənizdə törədilmiş terror aktları bizi son dərəcə kədərləndirir.

Biz bu amansız əməllərdən hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə