Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Peşə məktəblərinin müəllimlərinin əməkhaqqı artacaq
Peşə məktəblərinin müəllimlərinin əməkhaqqı artacaq
17 Fevral 2017 / 12:56 / Baxış sayı: 730
Font1 Font2 Font3 Font4

İlk peşə ixtisas təhsili müəssisələri rasionallaşdırıldıqdan sonra diaqnostik qiymətləndirmədə yaxşı nəticə göstərən peşə məktəbi müəllimlərinin ümumtəhsil məktəblərinə keçidi, digər halda isə yüksək əməkhaqqı ilə təminatı nəzərdə tutulub.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov Lent.az-a bildirib ki, bu ilin mart ayında diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin sənəd qəbulu,  aprel-may ayları ərzində isə imtahanlar keçiriləcək.

E.Bağırovun sözlərinə görə, mart-aprel-may ayları ərzində ölkədə diaqnostik qiymətləndirmədən keçməyən daha 26 rayonda həm ümumtəhsil məktəblərində çalışan ,eyni zamanda ilk peşə ixtisas təhsili müəssisələrində işləyən müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulub: “ Bu il diaqnostik qiymətləndirilmədə iştirak edəcək ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərinin sayı 1100-1200 arası təşkil edir.

26 rayon üzrə ümumtəhsil məktəblərində çalışan müəllimlərin sayı isə təxminən 50 minə yaxındır. Bu kontingentin hamısı bu aylar ərzində qiymətləndirmədə iştirak edəcək”.

E.Bağırov deyib ki, ilk peşə ixtisas təhsili müəssisələrində işləyən başqa pedaqoji kadrlar da var, amma diaqnostik qiymətləndirmədən ümumtəhsil fənlərini tədris edən müəllimlər keçəcək.

Qurum rəsmisi qeyd edib ki, diaqnostik qiymətləndirmə ilə bağlı nəzərdə tutulan maaş artımı ilk peşə ixtisas təhsili müəssisələrində çalışan müəllimlərə şamil edilmir: “Dövlət başçısının müvafiq sərəncamına əsasən, maaş artımı eyni qayda ilə ümumtəhsil məktəblərində çalışan, bilik və bacarıqları qiymətləndirilən müəllimlərə şamil olunacaq. Yəni burda peşə məktəbləri, peşə liseylərində işləyən müəllimlərdən söhbət getmir. Bu diaqnostik qiymətləndirmədən keçən ümumtəhsil məktəb müəllimləri üçün də maaş artımı  onların  göstəricilərindən asılı olaraq 40 % arasında dəyişə bilər”.

E.Bağırov onu da vurğulayıb  ki, ilk peşə ixtisas təhsili müəssisələrinin rasionallaşdırılmasından sonra diaqnostik qiymətləndirmədən yaxşı keçən peşə məktəb müəllimlərinin yüksək əməkhaqqı ilə təminatı nəzərdə tutulub: “İlk peşə ixtisas təhsil müəssisələri rasionallaşdırıldıqdan sonra diaqnostik qiymətləndirmədə yaxşı nəticə göstərən müəllimlərin ümumtəhsil məktəblərinə keçidi, daha yüksək əməkhaqqı ilə təmini də nəzərdə tutulub. Yəni rasionallaşma prosesindən sonra  yaxşı nəticə göstərən müəllimlərə daha yüksək əməkhaqqı verməyi planlaşdırırıq”.

“Müəllimin karyera inkişafında müəllimin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticə bir göstərici rolu oynayır. Əgər bir müəllim sabah direktor vəzifəsində iddialı olsa müsabiqə zamanı şəxsi işi araşdırılarkən onun qiymətləndirmədə göstərdiyi nəticə də meyar kimi istifadə edilə bilər” – deyə, E.Bağırov əlavə edib.

Qeyd edək ki, cari ilin aprel-may aylarında ölkənin digər 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmədə Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, Yevlax, Ağdaş, Xocalı, Goranboy, Mingəçevir, Naftalan, Göyçay, Kəlbəcər, Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Ağstafa, Tovuz, Qazax, Zəngilan, Xocavənd, Cəbrayıl şəhər və rayonlarının 50 minə yaxın müəlliminin iştirakı nəzərdə tutulur.

Bununla yanaşı, ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimləri də qiymətləndiriləcək. İlk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi daha peşəkar, yüksək bilik və bacarığa malik pedaqoji işçilərin müəyyən edilməsi məqsədi daşıyır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə