Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Milli Məclis dünya dövlətlərinə müraciət edəcək – Xocalı soyqırımı ilə bağlı
Milli Məclis dünya dövlətlərinə müraciət edəcək – Xocalı soyqırımı ilə bağlı
17 Fevral 2017 / 14:24 / Baxış sayı: 564
Font1 Font2 Font3 Font4

Azərbaycan Milli Məclisi Xocalı Soyqırımının 25 illiyi ilə bağlı dünya dövlətlərinə müraciət edəcək.

BakiPost.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, hər il olduğu kimi bu il də Azərbaycan Milli Məclisi dünya ölkələrinin parlamentinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlayacaq: “Əvvəlki illərdə də Xocalı soyqırımı ilə bağlı dünya ölkələrinin parlamentlərinə müraciətlər edilib.

Milli Məclis Xocalı Soyqırımın 10, 15, 20 illiyi ilə bağlı qərarlar qəbul edib. Milli Məclis hər il Xocalı Soyqırımı ilə bağlı bəyanat qəbul edir. Bu il də bu qərar qəbul olunacaq. Biz dünya dövlətlərinə müraciət edəcəyik”.

Vitse-spiker bildirib ki, Xocalı faciəsi azərbaycanlılara qarşı törədilən terrordur və erməni vandalizminin göstəricisidir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə