Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“28 Mall” bağlanıb – FOTO – YENİLƏNİB
“28 Mall” bağlanıb – FOTO – YENİLƏNİB
17 Fevral 2017 / 17:24 / Baxış sayı: 2086
Font1 Font2 Font3 Font4

“28 Mall” Ticarət Mərkəzi bu gün səhər saatlarından bağlanıb. Mollun qarşısına alış-verişə gəlmiş xeyli adam toplaşsa da, onların içəri girişinə icazə verilmir. Mühafizəçilərin virtualaz.org-a bildirdiyinə görə, bağlanmaya səbəb səhər saat 10:00-dan ticarət mərkəzinə elektrik enerjisinin verilişinin dayandırılmasıdır.

“28 Mall” ticarət mərkəzinin nə vaxt açılacağı ilə bağlı heç bir məlumat verilmir. Mühafizəçilərin sözlərinə görə, hazırda içəridə yalnız mağaza və digər obyektlərdə çalışan işçilərdən başqa heç kim yoxdur. Yalnız elektrik enerjisi veriləndən sonra içəri girişə icazə veriləcək.

Elektrik enerjisinin hansı səbəbdən dayandırıldığı və ticarət mərkəzinə bağlı qaldığı müddətdə dəyən ziyanla haqqında məlumat verilmir.

***
“28 Mall” Ticarət Mərkəzinin bu gün səhər saatlarından bağlanması ilə bağlı rəsmi məlumat yayılıb.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, alış-veriş mərkəzinin daxilində elektriklə bağlı problem yaranıb: “Naqillərdə zədələnmə var. Bizim əməkdaşlarımız problemi aradan qaldırmaq üçün ticarət mərkəzinə gedir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə