Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda maşınını evakuator aparan sürücü görün nələr etdi – VİDEO
Bakıda maşınını evakuator aparan sürücü görün nələr etdi – VİDEO
17 Fevral 2017 / 15:08 / Baxış sayı: 1864
Font1 Font2 Font3 Font4
Qaçaraq evakuatora çatan sürücü maşın gedə-gedə yük yerinə çıxıb
Fevralın 14-də Bakıda avtomobili evakuatorla cərimə meydançasına aparılan sürücü qeyri-adi hərəkət edib. Baş verənlər isə avtosfer.az-ın kamerasına tuş gəlib.
«Mercedes» markalı, 99-EO-657 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Mustafa Sübhi küçəsi ilə Fuad İbrahimbəyov küçəsinin kəşişməsində dayanma-durma qaydasını pozduğuna görə onun avtomobili Baş Dövlət Yol Polisi İdarəsinin «Siqnal» İdarəsinə məxsus 90-JM-007 qeydiyyat nişanlı evakuatora yüklənərək duracağa aparılıb.
Mağazadan çıxıb avtomobilinin duracağa aparıldığını görən sürücü isə xeyli məsafəni qaçaraq maşına çata bilib. O, İnşaatçılar prospektində evakuatorun dayanmasını fürsət hesab edərək onun üstünə çıxıb və öz avtomobilinə əyləşib. Evakuatorun sürücüsü bunu görsə də, səhlənkarlıq edib və hərəkəti davam etdirib. Burada qanunvericiliyin tələbi kobud şəkildə pozulub.
Çünki evakuatorun sürücüsünün hərəkətə başlaması digər şəxsin evakuatordan yıxılmasına səbəb ola bilərib. Bu əməlinə görə evakuator sürücüsünü yükdaşıma qaydalarını pozduğu üçün 40 manat cərimə gözləyir.
 
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə