Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənistanda girovda olan azərbaycanlıların sayı açıqlandı – RƏSMİ
Ermənistanda girovda olan azərbaycanlıların sayı açıqlandı – RƏSMİ
17 Fevral 2017 / 15:10 / Baxış sayı: 802
Font1 Font2 Font3 Font4
Hazırda Ermənistanda 3 Azərbaycan vətəndaşı girov saxlanılır. Bu barədə virtualaz.org saytına Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
E.Səmədov bildirib ki, beynəlxalq konvensiyaya görə, girovların götürülməsi qadağandır. “Hazırda 3 Azərbaycan vətəndaşı – Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadə qarşı tərəfdə saxlanılır. Onlar Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olan şəxslərdir. Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olan şəxs artıq rəsmi şəkildə saxlanılan şəxs, əsir və girovdur”, – E.Səmədov qeyd edib.
Onun sözlərinə görə, komissiya yarandığı gündən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əlaqəli işləyir. Məhz onlarla əməkdaşlığın nəticəsidir ki, 1437 Azərbaycan vətəndaşı azad edilib. “Ümumiyyətlə isə, itkin düşmüş şəxslərin axtarışına maneə olan yeganə səbəb Azərbaycan ərazisinin işğal olunmasıdır. İşğal faktoru itkinlərin axtarılmasına çətinlik törədir”, – rəhbər müavini deyib.
Son məlumata görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3868 itkin düşmüş, 1437 nəfər isə əsir və girovluqdan azad olmuş şəxs kimi qeydiyyata alınıb.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə