Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

7 yaşlı qızın GOOGLE-a məktubuna cavab baş direktordan gəldi
7 yaşlı qızın GOOGLE-a məktubuna cavab baş direktordan gəldi
17 Fevral 2017 / 16:11 / Baxış sayı: 1178
Font1 Font2 Font3 Font4

İngiltərənin Herefond əyalətindən 7 yaşlı bir qız uşağı Googleyə əl yazısıyla məktub yazaraq işə qəbul olunmaq üçün rica etdi. Cavab isə şirkətin CEO-sundan( baş idarə edən direktor) gəldi. 

arxiv.bizimxeber.az məlumat verir ki, Kloye Googleyə yazdığı məktubda kompyuter vərdişlərinə sahib olduğunu və “armud kreslolarda oturub, sürüşkənlərdən sürüşə biləcəyi bir ofisdə işləmək istədiyini” danışıb. 

Google işçilərinə rəngli və sərbəst işləmə şəraiti olan ofislər təmin etməsilə məşhurdur.

Məktubunda planşet və kompyuterdən istifadə edə bildiyini, oxumağı, hecalamağı, toplama və komyuter oyunları oynamağı bacardığını deyən Kloye müəllimləri və ailəsinin onu çox bacarıqlı uşaq olduğunu dediklərini də əlavə edib.

“Atam dərslərimdə  yaxşı olmağa davam edərsəm bir gün Googldə işləyə biləcəyimi deyir” yazdığı məktubunda iş üçün müraciət etmənin necə bir şey olduğunu bilmədiyini yalnız bu məktubun yaxşı ola biləcəyini düşündüyünü anladan qızcığaz ” məktubumu oxuduğunuz üçün təşəkkür edirəm, çünki daha əvvəl də Santa Klausa məktub yazmışdım” deyə bitirib .

Balaca qıza cavab Googlenin baş diektoru  Sandar Pikaidən gəldi.

Pikai Kloyeyə verdiyi cavabda “Əgər çalışmağa davam edərsən və xəyallarını unutmazsan hər şeyi bacara bilərsən. Google də işləyə bilərsən , Olimpiyadada üzmə çempionu da ola bilərsən”, sözlərini yazdı. 

“Məktəbi bitirdiyin zaman işə düzəlmək üçün edəcəyin müraciəti həyəcanla gözləyəcəyik” deyən Pikaiyə təşəkkür məhz  Kloyenin atasından gəldi. Qızının bir avtoqəza nəticəsində özgüvənin itirməsinin və bu məktubun onu çox xpşbəxt etdiyini və məşğələlərə davam etməsi üçün şövqləndirdiyini bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə