Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlı milyarderlər Moskvada bazar aldı – 712 milyona
Azərbaycanlı milyarderlər Moskvada bazar aldı – 712 milyona
17 Fevral 2017 / 17:36 / Baxış sayı: 2334
Font1 Font2 Font3 Font4
“VTB” qrupu Moskvada yerləşən “Velozavodski rınok” Açıq Səhmdar Cəmiyyətinin səhmlərini satışa çıxarıb.
arxiv.bizimxeber.az baku.ws-ə istinadən xəbər verir ki, ASC-nin bütün səhmləri 712 milyon rubl (22 milyon AZN) qiymətində müəyyənləşdirilib. Məlumata görə, səhmləri “Kiyevski ploşad” Qapalı Səhmdar Cəmiyyətinin sahibləri olan azərbaycanlı milyarderlər Qod Nissanov və Zaxar İliyev alıb. QSC bu məlumatı təsdiqləyib.
“Kiyevski ploşad” QSC-nin nümayəndəsi söz verir ki, “Velozavodski rınok”ı genişmiqyaslı yenidən qurma gözləyir. Beləliklə bu bazar bütün lazımlı infrastrukturla təchiz olunacaq müasir kənd təsərrüfatı ticarət kompleksi olacaq. Satıcılar və alıcılar üçün rahat şərait yaradılacaq.
Azərbaycandan olan yəhudi milyarderlər Qod Nisanov və Zarah İliyev, habelə onların ortaqları İlham Rəhimov birgə çalışırlar. Milyarderlər İliyev, Nisanov və Rəhimov (Putinin tələbəlik dostu) Rusiyanın ən iri daşınmaz əmlak sahibləridir. Onların ofislərin və ticarət mərkəzlərinin icarəyə verilməsindən illik gəliri 1,3 milyard dollara yaxındır.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə