Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dağıdıcı zəlzələ xəbərdarlığı qorxu yaradır: İstanbuldan sonra Şamaxı?
Dağıdıcı zəlzələ xəbərdarlığı qorxu yaradır: İstanbuldan sonra Şamaxı?
17 Fevral 2017 / 18:25 / Baxış sayı: 1024
Font1 Font2 Font3 Font4
Son günlər türkiyəli seysmoloqlar yaxın 10 il ərzində İstanbulda böyük yeraltı təkanların baş verəcəyi, nəticədə şəhərin  yerlə-yeksan olunacağı ilə bağlı proqnoz veriblər. 
Qeyd olunub ki, baş verəcək dəhşətli zəlzələ nəticəsində şəhərin böyük hissəsi yerin altında qalacaq. Seysmoloqlar qeyd edir ki, bu zəlzələ son olaraq 1999-cu ildə baş verən dəhşətli zəlzələdən iki dəfə daha artıq tələfat və dağıntılara səbəb olacaq. Zəlzələnin baş verməsini öncədən proqnozlaşdırmaq mümkün olmasa da, Türkiyəli seysmoloqlar bu proqnozu aparılan elmi araşdırmalar, müəyyən müşahidələrə əsasən veriblər. Bəs görən yerli seysmoloqlar Azərbaycanla bağlı hansı proqnozu verir?
Çünki Azərbaycanda da dağıdıcı zəlzələrin baş verəcəyinə dair zaman-zaman məlumatlar yayılır.
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli cebhe.info-nun mövzu ilə bağlı suallarını cavablandırıb.
O qeyd edib ki, aparılan son müşahidələrə əsasən, Azərbaycanda bu cür zəlzələlərin baş verməsi proqnoz edilmir: “Azərbaycanda elə bir ərazi yoxdur ki, deyək bu gün-sabah dağılacaq. Hazırda seysmik ərazilərdə seysmiklik fon səviyyəsindədir. Gün ərzində xırda, hiss olunmayan zəif təkanlar baş verir”.
Q.Yetirmişlinin sözlərinə görə, hazırda Şamaxı, İsmayıllı, Xəzər dənizində xırda təkanlar qeydə alınır. Lakin Şamaxıda 1192, 1902-ci ildə baş verən zəlzələlərin təkrarlanması gözlənilmir.
Q.Yetirmişlinin fikrincə, İstanbulda baş verəcək zəlzələnin nə qədər dağıdıcı olacağı binaların davamlılığından və zəlzələnin ocağının dərinliyindən asılı olacaq.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə