Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağalarovun 1.7 milyard dollar borcu var: “Faiz Qərbdəki kimi aşağı olsaydı…”
Ağalarovun 1.7 milyard dollar borcu var: “Faiz Qərbdəki kimi aşağı olsaydı…”
17 Fevral 2017 / 22:31 / Baxış sayı: 1116
Font1 Font2 Font3 Font4

“Crocus Group” şirkətlər qrupunun prezidenti, azərbaycanlı milyarder Araz Ağalarov bildirib ki, dollar ekvivalentində hazırda cəmi 1.7 milyard kredit borcu var.

Virtualaz.org xəbər verir ki, iş adamı bu haqda RİA Novosti-yə bildirib. Rusiyanın ən iri developerlərindən olan Ağalarovun bildirdiyinə görə, şirkəti “Crocus City” layihəsini faktiki dayandırıb, çünki kredit yükünü artırmaq istəmir. Həmin layihəni reallaşdırmaq üçün “Crocus Group” indiki kredit yükünü iki dəfə artırmalı olardı. Lakin biznesmen bildirib ki, indiki yüksək faizlər şəraitində şirkət kredit yükünü artırmaq istəmir. “Əgər məndə də kredit məzənnəsi Qərbdəki kimi 2.3 faiz olsaydı kredit portfelimi üç dəfə artırardım”-Ağalarov izah edib.

Biznesmen deyib ki, onun şirkəti öz vəsaiti hesabına ancaq mənzil tikib satacaq. Çünki ofis mərkəzlərinə bazarda tələbat yoxdur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə