Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

NATO katibi ilə Lavrovun görüşü baş tutdu
NATO katibi ilə Lavrovun görüşü baş tutdu
18 Fevral 2017 / 9:20 / Baxış sayı: 806
Font1 Font2 Font3 Font4

Stoltenberq Lavrovla müzakirə etdikləri mövzulardan danışdı.

arxiv.bizimxeber.az saytı məlumat verir ki, Münhendə keçirilən təhlükəsizlik konfransında NATO-nun baş katibi ilə Rusiya XİN naziri Sergey Lavrovun görüşü keçirildi.

NATO baş katibi Yens Stoltenberq və rusiyalı nazir Ukraynada baş verənləri və Avropadakı hərbi şəffaflıq barədə müzakirələr aparıb. Bu barədə TASS Stoltenberqə istinad edərək xəbər verir. O görüşdən sonrakı brifinqdə bu barədə açıqlama verib.

“Biz fərqli mövzuları , həmçinin , Ukrayna barədə müzakirə etdik. Hərbi şəffaflıq və risklərin azaldılması barədə fikir mübadiləsi apardıq,”-siyasətçi NATO və Rusiyanın Avropada hərbi şəffaflığın artması istiqamətində inkişaf etdiyini də xüsusi olaraq vurğulayıb.

Stoltenberq Münhen konfransında Lavrovla görüşün keçən ildən başlayan hava təhlükəsizliyi və təlimlərin keçirilməsində  inkişaf prosesinin özünü sübut etdiyini diqqətə çatdırıb.

Bundan əlavə NATO katibi onu da qeyd edib ki, amerika gəmilərinin rus təyyarələri ilə toqquşmaları kontrol altında saxlanılmalıdır. Stoltenberqin sözlərinə görə,Baltikdəki təhlükəsizlik görüşü  tezliklə baş tutacaq.

“Düşünürəm ki, müxtəlif baxışlarımız olan məsələlərdə , məsələn Ukrayna mövzusunda da dialoq qura bilmək faydalıdır”,-əlavə edib.

Alyansın katibi NATO-nun Rusiya ilə əməkdaşlığının praktiki olaraq bitməsi məsələsi qüvvədədir. Lakin ölkələr arası siyasi dialoq hələ dondurulmayıb. Lavrovla görüşündə də Rusiya Federasiyası və NATO arasında hərbi xəttin mövcudluğunu müzakirə edib.

NATO katibi qeyd edib ki, alyans Suriya və İrakda olan İŞİD terror qruplaşması ilə mübazirədə də aktiv rol oynayacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə