Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyədəki növbəti terror: ölənlər və yaralananlar var – VİDEO
Türkiyədəki növbəti terror: ölənlər və yaralananlar var – VİDEO
18 Fevral 2017 / 10:23 / Baxış sayı: 640
Font1 Font2 Font3 Font4
Türkiyənin Şanlıurfa vilayətində partlayış baş verib. Qaynarinfo.Az xəbər verir ki, vilayətin Viranşehir rayonunda minalanmış avtomobilin partladılması nəticəsində 2 nəfərə həlak olub.
Məlumata görə, PKK terrorçuları hakim, prokurorların və polislərin yaşadığı binalara bombalı maşınlarla hücum ediblər. Hücum nəticəsində biri 11 yaşlı uşaq olmaqla iki nəfər ölüb, 18 nəfər isə yaralanıb. Çox sayda insan isə partlayışın səsindən eşitmə qabiliyyətini itirib. Ölənlərdən biri binanın gözətçisi olub. Onun meyiti dağıntılar altından çıxarılıb.
Bütün rayon ərazisində eşidilən güclü partlayış nəticəsində bir çox binada dağıntı meydana gəlib.
Şəhər valisi Güngör Azim Tuna 18-20 yaşlarında olan terrorçunun bomba yüklü maşını binanın yaxınlığında park etdikdən sonra, uzaqdan idarəetmə ilə partlatdığını bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan vali ilə əlaqə saxlayaraq terror aktı barədə məlumat alıb.
Hücumdan dərhal sonra polis PKK terrorçularına qarşı əməliyyata başlayıb.
 
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə