Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lavrova sual verdiyi üçün işdən qovulan jurnalist: “Üzr istəməyəcəyəm” – VİDEO
Lavrova sual verdiyi üçün işdən qovulan jurnalist: “Üzr istəməyəcəyəm” – VİDEO
18 Fevral 2017 / 11:10 / Baxış sayı: 786
Font1 Font2 Font3 Font4
Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrova verdiyi sualdan dolayı vəzifəsindən azad edilən, jurnalist Anar Həsənov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlundan üzr istəməyəcəyini bildirib.
arxiv.bizimxeber.az “Kanal 13″ə istinadən xəbər verir ki, jurnalist onun səfirdən üzr istəmək istəməsi barədə yayılan xəbərə münasibət bildirərkən deyib.
Anar yayılan xəbərlərə biganə qalmayıb və “Kanal 13”-ə məsələ ilə bağlı acıqlama verib. “Polad Bülbüloğlundan üzr istəmək fikrində deyiləm və belə bir fikirdə heç vaxt olmayacam”.
Xatırladaq ki, “Lider TV”nin keçmiş müxbiri Anar Həsənov Rusiya xarici işlər naziri Sergey Lavrova Dağlıq Qarabağdakı situasiya ilə bağlı cəsarətli sual ünvanlamış bu səbəbdən işinə son verilmişdi. Jurnalistin Rusiyadakı fəaliyyətinə xitam verilməsi barədə məsələ şəxsən Polad Bülbüloğlunun özü tərəfindən qaldırılıb. Səfir həm Anar Həsənovun verdiyi sualı, həm də Lavrovun qaytardığı cavabı ölkələr arasındakı münasibətlərə xələl gətirdiyini hesab edib. Polad Bülbüloğlu jurnalistin verdiyi sualı “təxribat” olaraq qiymətləndirmişdi.
 
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə