Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda polislər qəzaya düşdü – 3 nəfər yaralandı
Bakıda polislər qəzaya düşdü – 3 nəfər yaralandı
18 Fevral 2017 / 14:23 / Baxış sayı: 1036
Font1 Font2 Font3 Font4
Ötən axşam saat 19 radələrində Sabunçu rayonu Bilgəh- Maştağa yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
arxiv.bizimxeber.az SalamNews-a istinadən xəbər verir ki, 32 yaşlı Abdullayev Ramin Tofiq oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomaşın yol sürüşkən olduğundan idarəetməni itirərək qarşı tərəfdə hərəkət edən Sabunçu Rayon Polis İdarəsi 42-ci polis bölməsinə məxsus “Fiat Doblo” markalı avtomaşına çırpılıb.
Qəza nəticəsində “VAZ-2107” markalı avtomaşının sürücüsü və “Fiat Doblo” markalı avtomaşında olan iki nəfər polis əməkdaşı – 27 yaşlı Qəzənfərli Azad Ələsgər oğlu və 36 yaşlı Hüseynzadə Təbriz Məhiyəddin oğlu müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıblar. Xəstəxanada hər üç yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıblar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırmalara başlanılıb. İşi araşdıran təhqiqatçı Fikrət Məmmədov təsdiq edərək bildirib ki, qəza şəraitini “VAZ-2107” markalı avtomaşın yaradıb. Hər üç şəxsin izahatı alınıb və qəza nəticəsində əzilən avtomobillər cərimə meydançasına yerləşdirilib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə