Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Siz ölkə rəhbərinin düşmənlərisiniz” – Gəncənin sabiq millət vəkili
“Siz ölkə rəhbərinin düşmənlərisiniz” – Gəncənin sabiq millət vəkili
18 Fevral 2017 / 14:43 / Baxış sayı: 1300
Font1 Font2 Font3 Font4

“Bu cür özbaşınalığın səbəbkarlarına deyirəm, ayıb olsun. Sizə acıyıram, ölkə rəhbərinin və millətin düşmənlərisiniz siz”.

arxiv.bizimxeber.az xəbər verir ki, bu sözləri Gəncənin sabiq millət vəkili, Baş nazirin sabiq müavini Abbas Abbasovun oğlu Aydın Abbasov rüşvət alarkən yaxalanan Gəncə Musiqi Kollecinin direktoru Gülçin Mirzəyeva ilə bağlı qalmaqalı şərh edərkən bildirib. Sabiq millət vəkili sosial şəbəkədə yaydığı münasibətində deyir.

“Gəncəyə gəlir mənbəyi kimi baxan və Gəncəyə vəzifəsındən istifadə edərək mənəvi və maddi zərər vuraraq sakinlərini incidib, küsdürüb, dövlətin qanunlarına zidd olaraq zənginləşən hər hansı bir məxluqa MANQURT deyilə bilər. Bu dövlət sizə bu çirkin əməllərinizi bağışlamayacaq. Bu şəhər sizə çirkin niyyətlərinizi bağışlamayacaq. AzTV-də bu cür məlumatı seyr etdikcə bu biabırçılığın Gəncədə baş verməsinə və bu cür özbaşınalığın səbəbkarlarına deyirəm, ayıb olsun. Sizə acıyıram, ölkə rəhbərinin və millətin düşmənlərisiniz siz”.

Gülçin Mirzəyeva 2 gün əvvəl Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev tərəfindən daha da irəli çəkilərək, Gəncə Filarmoniyasına direktor təyin olunmuşdu.

Qeyd edək ki, Gülçin Mirzəyeva rüşvət faktına görə, vəzifədən uzaqlaşdırıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə