Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bu barədə nazirlərə göstəriş vermişəm” – İlham Əliyev
“Bu barədə nazirlərə göstəriş vermişəm” – İlham Əliyev
18 Fevral 2017 / 15:04 / Baxış sayı: 842
Font1 Font2 Font3 Font4
“Neft bizim üçün məqsəd yox, ölkəni inkişaf etdirmək üçün bir vasitədir. Buna görə də neftin qiyməti çox yüksək olan dövrdə neft satışından əldə etdiyimiz gəlirlərdən infrastruktura sərmayə yatırmaq üçün istifadə etdik. Ötən on ildən artıq müddət ərzində demək olar ki, Azərbaycanın bütün infrastrukturu modernləşdirilib”.
Qaynarinfo.Az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev “Əl-Cəzirə” kanalına müsahibəsində deyib. Prezident bildirib ki, ölkədə yeni yollar çəkilib, 6 beynəlxalq hava limanı tikilib, Xəzərdə ən böyük dəniz limanı inşa olunur, 26 elektrik stansiyası, 3000 məktəb, 600-dən çox xəstəxana istifadəyə verilib, kənd təsərrüfatına yüz milyonlarla dollar məbləğində investisiya yatırılıb:
“Azərbaycana yatırılan həm xarici, həm də yerli investisiyaların ümumi məbləği təqribən 200 milyard dollar təşkil edir. Buna görə də biz neft və qaz amilindən asılı olmayan inkişaf üçün möhkəm baza və özəl sektora sərmayə yatırmaq, ölkə iqtisadiyyatının şaxələnməsinə kömək etmək üçün imkanlar yaratdıq. Neftin qiyməti 3-4 dəfə aşağı düşdükdə, əlbəttə, bizim gəlirlərimiz də azaldı. Lakin iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı atdığımız addımlar və Neft Fondunda toplanılmış maliyyə resurslarının köməyi ilə biz böhranın böyük fəsadlarından yan keçə bildik. Onu da deyim ki, ötən ilin büdcəsində neftin bir barrelinin qiyməti 25 dollar götürülmüşdü və o zaman bir barrelin qiyməti 40 dollara yaxın idi. Bu ilin büdcəsində neftin bir barrelinin qiyməti 40 dollar hesablanıb, indi isə bu qiymət təxminən 55 dollar təşkil edir. Buna görə də büdcə siyasəti baxımından biz risklərdən sığortalana bilmişik. Lakin, eyni zamanda, hazırkı vəziyyət bizə şaxələndirməyə daha çox diqqət yetirməyi tələb edir. Hər şeydən əvvəl, biz qlobal nəqliyyat qovşağına çevrilmək üçün coğrafi mövqeyimizdən istifadə edirik. Biz qonşu regionlar – Şərq-Qərb və Şimal-Cənub arasında dəmir yolu əlaqəsini yaradırıq. Azərbaycan artıq mühüm tranzit ölkəsinə çevrilib. Biz kənd təsərrüfatına da böyük həcmdə sərmayə yatırırıq və qarşıdakı illərdə kənd təsərrüfatı məhsullarının ixracını ən azı iki dəfə artırmaq niyyətindəyik.
Ötən dövr ərzində biz yüksək texnologiyalar sahəsinə də investisiyalar qoymuşuq və bu gün Azərbaycan kosmik kluba üzv ölkədir. Biz kosmik sənaye yaratmışıq və müasir texnologiyalar bizə neft və qazdan asılılığımızı azaltmağa imkan yaradacaq.
Təhsil sahəsində də böyük işlər görülüb. Bizdə demək olar ki, 100 faiz savadlılıq və ölkənin iqtisadi inkişafına böyük dərəcədə töhfə verə bilən və artıq töhfə verən çox savadlı əhalimiz var.
Bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biri də iqtisadi müstəqillik idi. Çünki biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, müstəqil siyasət yürütmək çətin olardı və xarici borcun aşağı səviyyədə saxlanılması, – onu deyim ki, bu gün xarici borc 20 faiz səviyyəsindədir, – bizə yalnız öz resurslarımıza güvənməyə imkan yaradır. Biz beynəlxalq təşkilatların borc və kreditlərindən asılı deyilik. Bizim xərclərimiz həmişə gəlirlərimizdən az olmuşdur. Mən hər il hökumətə xərclərin gəlirlərdən az olması və əlavə maliyyə ehtiyatlarının yaradılması barədə göstəriş vermişəm. Ona görə də hesab edirəm ki, neft hasil edən ölkələr içərisində Azərbaycan böhranın öhdəsindən uğurla gəlmiş ölkələr sırasındadır. Lakin əlbəttə ki, gələcəkdə görüləsi işlər çoxdur. Bizim turizm sahəsində böyük potensialımız var ki, bu da bizə milyardlarla dollar gəlir gətirəcək. Bizi dünyada indi daha çox tanıyırlar və Əl-Cəzirə televiziya kanalının sayəsində ərəb dünyasında da daha çox tanınırıq. Çünki siz Azərbaycan haqqında bir neçə təqdimat hazırlamısınız. Artıq iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı da işlər aparılır. Bu gün ümumi daxili məhsulun demək olar ki, 70 faizi qeyri-neft sektorunun payına düşür. Növbəti hədəf ixracımızın şaxələndirilməsidir. Neft və qaza gəldikdə isə, qarşıdakı on illər üçün də ehtiyatlarımız var. Əlbəttə ki, bu, bizim maliyyə sabitliyimizə əlavə bir dəstək olacaq, bizə gəlirlər gətirəcək və biz bu gəlirləri yenidən infrastruktur və insan kapitalına sərmayə qoyuluşuna yönəldəcəyik”.

 

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə