Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İran “Dağlıq Qarabağ” adlı müstəqil dövlət tanımır” – RƏSMİ
“İran “Dağlıq Qarabağ” adlı müstəqil dövlət tanımır” – RƏSMİ
18 Fevral 2017 / 15:13 / Baxış sayı: 1210
Font1 Font2 Font3 Font4
İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyü və eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə prinsipial mövqeyi olduqca aydın və şəffafdır.
Bunu İranın Azərbaycandakı səfirliyinin mətbuat şöbəsinin rəhbəri Məhəmmədrza Nəcəfi Trend-ə bildirib.
M.Nəcəfi deyib: “İran Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçicəsində həll edilməsinin tərəfdarıdır.
Biz “Dağlıq Qarabağ”ı müstəqil bir respublika olaraq tanımır, buna görə də həmin ərazidə keçirilən referendumu, həmçinin sülh və təhlükəsizliyi təhdid edə biləcək hər hansı bir addımı doğru saymırıq.
Biz bu münaqişənin tezliklə sona çatması və regionda sülh və təhlükəsizliyin hakim olmasına ümid edirik”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə