Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əfvdən sonra böyük amnistiya? – AÇIQLAMALAR
Əfvdən sonra böyük amnistiya? – AÇIQLAMALAR
18 Fevral 2017 / 15:21 / Baxış sayı: 776
Font1 Font2 Font3 Font4

Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı müraciətlərə baxılmasına başlanılıb. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Məlumatlara görə, həmin vaxta qədər daha bir neçə iclas keçiriləcək və 800-dən çox müraciətə baxılacaq.

Qeyd edək ki, prezident İlham Əliyevin Penitensiar Xidmətlə bağlı verdiyi son sərəncamda da cəzaların hümanistləşdirilməsi nəzərdə tutulur. Bütün bunların fonunda yaxın gələcəkdə kütləvi amnistiya aktının imzalanmasını gözləmək olarmı?

Qeyd edək ki, ötən il hökumət bu cür təkliflə çıxış edib və ümumilikdə 10 min məhbusu əhatə edən amnistiya aktı imzalanıb. Akt 3 ay ərzində mərhələli şəkildə icra olunub.

Hazırlanan əfv siyahısında Əli İnsanov, İlqar Məmmədov və digər siyasi məhbusların adı varmı? “Cümhuriyət” qəzetinə açıqlamasında birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, bütün siyasi məhbusların o cümlədən, “Əli İnsanov, İlqar Məmmədov və digər siyasi məhbusların adı əfv siyahısına salınıb. Biz gözləyirik ki, əfv Novruz bayramı ərəfəsində reallaşacaq. Hər halda müzakirələr davam edəcək və siyahı ölkə rəhbərliyinə təqdim olunacaq. Hansı qərarların veriləcəyini indidən demək çətindir.

Məsələnin digər tərəfini şərh edən Əfv Komissiyasının üzvü Mehdi Mehdiyev deyib ki, yaxın gələcəkdə kütləvi amnistiya qərarını görə bilərik: Əfv Komissiyasının 2 iclası keçirilib. İki gün ərzində ümumilikdə 250 müraciətə baxılıb və gələn iclaslarda da davam etdiriləcək. Burada da hümanistlik nəzərə alınır və komissiyaya edilən müraciətlər daha dərindən təhlil olunur. Gələcək dövrlərdə, prezidentin verdiyi fərman tətbiq olunandan sonra, qanuna uyğun olaraq buraxılışlar olacaq. Çox güman ki, yaxın zamanlarda həm əfv, həm də amnistiya olacaq.
Milli Məclisin üzvü Aydın Mirzəzadə isə deyib ki, Azərbaycanda amnistiya və əfv fərmanları prezidentin son dövrlərdəki cəzaların hümanistləşdirilməsi sərəncamına qədər də geniş tətbiq edilirdi: “Həmin sərəncamın icrasından asılı olmayaraq, zamanı gəldikcə vaxtaşırı əfv və amnistiya sərəncamları veriləcək. Söhbət Cinayət Məcəlləsinin böyük bir hissəsinin həbslə bağlı olmayan cəza növlərinin dəyişdirilməsi və bəzi cinayət əməllərinin diferensiallaşması ilə bağlıdır.
Bununla bağlı xüsusi komissiya işləyir və onlar öz təkliflərini prezidentə verəcəklər. Həmin təkliflərin əsasında Cinayət Məcəlləsinə Milli Məclis tərəfindən müəyyən dəyişikliklər ediləcək. Qərarın qəbulundan sonra hansı addımların atılacağını isə gözləmək lazımdır. Azərbaycan dövlətinin prezidenti İlham Əliyevin bu günə qədər atdığı bütün addımların mərkəzində insanın maraqları, dövlət tərəfindən qayğı və insanların həyatının qorunması durur. Bu baxımdan gələcəkdə müəyyən dəyişikliklər edildikdən sonra hansı addımların atılacağını həmin zamanda konkret danışmaq olar”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə