Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Merkel Putinlə barışmaq istəyir
Merkel Putinlə barışmaq istəyir
18 Fevral 2017 / 15:51 / Baxış sayı: 664
Font1 Font2 Font3 Font4

“Soyuq müharibə”ni başa çatdıqdan sonra beynəlxalq cəmiyyət Rusiya ilə münasibətləri qaydaya salmağı bacarmadı.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Münxen Təhlükəsizlik Konfransında çıxışında deyib.

“Bizdə dəqiq beynəlxalq nizam yoxdur. Əvvəlki kimi Rusiya ilə sabit münasibətlər yoxdur. Son 25 ildə Rusiya ilə sabit münasibətləri qura bilmədik. Rusiya bizim qonşumuzdur, Avropa İttifaqı üçün xarici sərhəddir”, – Merkel bildirib.

Kansler vurğulayıb ki, müxtəlif məsələlər üzrə fikir ayrılıqlarına baxmayaraq, Rusiya ilə yaxşı münasibətlərin qurulması üçün yorulmadan işləyəcək.

Merkel bildirib ki, hətta mürəkkəb situasiyada olsa belə, Rusiya-NATO aktından imtina etməmək lazımdır. O, Qərb və Rusiyanın terrorizmlə mübarizənin işində ümumi maraqlara malik olduğunu söyləyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə