Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ohanyan milyonları mənimsəyib – Həbslər olacaq
Ohanyan milyonları mənimsəyib – Həbslər olacaq
18 Fevral 2017 / 17:11 / Baxış sayı: 882
Font1 Font2 Font3 Font4
Ermənistan Hərbi Prokurorluğu keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı yoxlamalara başlayıb.
arxiv.bizimxeber.az axar.az-a istinadən xəbər verir ki, Ermənistanın “Jamanak” qəzeti artıq Ohanyanın ordudan milyonlarla dolları mənimsəməsi haqqında faktların əldə olunduğunu yazıb. Tezliklə, eks-nazirə qarşı cinayət işi açılacağı və həbslər olacağı bildirilir.
Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan Seyran Ohanyanı istefaya göndərəndən sonra o, müxalifətə keçib. Ermənistan mətbuatının iddiasına görə, eks-nazirlə prezident arasında inciklik yaşanıb. Üstəlik, Ohanyan Viktor Dəlləkyanın yaratdığı yeni partiyada rəhbər vəzifəyə gətirilib. Bu partiya isə özünün bütün maliyyəsini Rusiyadan alır. Lakin Dəlləkyan artıq Ohanyanın yanından uzaqlaşıb. Eləcə də Ohanyanın qoşulduğu Ohanyan-Ovanisyan-Oskanyan bloku da artıq maliyyə sıxıntıları yaşamağa başlayıb.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə