Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dərmanların satışında YENİ QAYDALAR
Dərmanların satışında YENİ QAYDALAR
18 Fevral 2017 / 17:42 / Baxış sayı: 926
Font1 Font2 Font3 Font4

Dərmanların qiyməti dolların məzənnəsindən asılı olacaq.

Trend Tarif (Qiymət) Şurasına istinadən xəbər verir ki, dərmanların qiymətlərinin tənzimlənməsi barədə yeni qaydalar təsdiq edilib.

Bu qaydalara görə, dərmanların qiymətini Tarif (Qiymət) Şurası birbaşa müəyyən etməyəcək və o, topdansatış şirkətlərinin aldığı qiymətə xüsusi əlavə edilməklə satılacaq. Topdansatış şirkəti dərmanın üstünə alış qiymətinin 20 faizindən artıq vəsait qoya bilməyəcək. Dərmanların qiyməti alış qiyməti artdıqca azalacaq.

Topdansatış şirkəti 5-20 manat qiymətin üzərinə 17 faiz, 20-50 manat qiymətin üzərinə 13%, 50-100 manat arasında dəyişdikdə isə 7 faiz əlavə edə bilər. 100 manatdan sonra isə topdansatış şirkəti yalnız 3 faiz əlavə edə bilər. Aptek (pərakəndəsatış) qiymətlərində ticarət marjası nisbətən yüksəkdir və 50 manata qədər dərmanlarda 20 faiz təşkil edir, 50-100 manat arasında 13 faiz, 100 manatdan artıq olduqda isə 11 faiz olacaq.

Yeni qaydalarla bu linkdən tanış ola bilərsiniz.

http://www.tariffcouncil.gov.az/documents/DVT.pdf

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə