Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Meyiti tapılan şəxsin neftçi olduğu aşkarlandı
Meyiti tapılan şəxsin neftçi olduğu aşkarlandı
18 Fevral 2017 / 17:44 / Baxış sayı: 868
Font1 Font2 Font3 Font4

Vitrtualaz.org-a məlum olduğuna görə, meyiti tapılan neftçi – 59 yaşlı Vıidadi Qurbanov “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində 2010-cu ildən etibarən çalışırmış.

O, burada operator vəzifəsini icra edib.

*   *   *11:47

Dünən Xəzərin sahilində meyiti tapılmış kişinin şəxsiyyəti müəyyənləşdirilib və onun itkin düşmüş neftçilərdən biri olduğu aydınlaşıb.

Virtualaz.org “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, meyitin itkin düşmüş 60 yaşlı operator Vidadi Cümşüd oğlu Qurbanova aidiyyəti dəqiqləşib.

Mənbəyə əsasən, məhkəmə-tibbi ekspertizasından bu rəyin həm də meyitin yanağındakı çapıq əlamətinə görə çıxarıldığı bildirilib.

*   *   *11:40

“Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qərargahdan verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonu “Pirsaat” qəsəbəsi ərazisində dənizdə sahildən 1 mil aralı məsafədə şəxsiyyəti naməlum kişi meyiti aşkarlanıb.

Tapılan meyitin, “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə