Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

11 min polisin keçirtdiyi əməliyyat — Minə yaxın insan saxlanıldı
11 min polisin keçirtdiyi əməliyyat — Minə yaxın insan saxlanıldı
19 Fevral 2017 / 11:12 / Baxış sayı: 672
Font1 Font2 Font3 Font4

Türkiyədə keçirilən əməliyyatlar zamanı 2 minə yaxın insan saxlanılıb.

Əməliyyat fevral ayının 18-də səhər saatlarında Türkiyə Təhlükəsizlik və Asayiş Şöbəsi, Terrarla Mübarizə İdarəsi və polis tərəfindən başlanılıb. Əməliyyat zamanı barələrində müxtəlif ittihamlar səslənən 1873 nəfər saxlanılıb. 

Saxlanılanların çoxu FETÖ terror təşkilatı ilə əlaqəda ittiham olunur. Onların arasında polis, hərbçi, müəllim, həkim, tibb işçisi və s. peşə sahibləri var. Saxlanılan şəxslər barədə cinayət işi başlanıb, onların izahatları alınıb.

Əməliyyat 4 min 767 ünvanda aparılıb. Əməliyyatda iştirak edən 3583 qrupda 11 min 860 nəfər iştirak edib.

Türkiyənin Muğla şəhərində keçirilən əməliyyat zamanı isə Türkiyə Silahlı Qüvvətlərinin 20 hərbçisi saxlanılıb. Onlar FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinirlər. Saxlanılanların dindirilməsi davam edir.(Ölkə.Az)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə