Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Çudo Peçka” tamamilə çökdü
“Çudo Peçka” tamamilə çökdü
19 Fevral 2017 / 14:50 / Baxış sayı: 814
Font1 Font2 Font3 Font4

“Çudo Peçka” mağazalar şəbəkəsinin daha iki mağazası bağlanıb.

Bundan əlavə bildirilir ki, şirkətin baş ofisi də artıq fəaliyyət göstərmir. Eyni zamanda əldə etdiyimiz məlumata görə, mağazalar bağlandıqdan sonra şirkətin sexləri də fəaliyyətini dayandırıb. Hazırda “Çudo Peçka”nın yalnız metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən mağazası fəaliyyət göstərir.

Məlumatı təsdiqləmək üçün şirkətin metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən mağazasına baş çəkdik. Müşahidə etdik ki, doğrudan da mağazanın qarşısından “Çudo Peçka”nın adı götürülüb. İçəridə satış olsa da, bildirildi ki, bura artıq “Çudo Peçka” olaraq fəaliyyət göstərməyəcək.

Onu da xatırladaq ki, “Çudo Peçka”nın əməkdaşları uzun müddətdir ki, maaşlarını ala bilmirdilər. Şirkət bir ildən çox idi ki, maliyyə sıxıntısı yaşayırdı.

İşçilərin maaşları son zamanlar hissə-hissə verilsə də, böyük bir qisminin ötən aylardan qalan əmək haqları hələ də verilməyib.

Əldə etdiyimiz məlumata görə, əmək haqqı ala bilməyən işçilər məhkəməyə müraciət etməyə hazırlaşırlar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə