Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Süni siqaret qıtlığını monopolistlər yaradır – ŞOK FAKTLAR
Süni siqaret qıtlığını monopolistlər yaradır – ŞOK FAKTLAR
19 Fevral 2017 / 15:40 / Baxış sayı: 1326
Font1 Font2 Font3 Font4

Ölkədə süni siqaret qıtlığı hökm sürür. İlk əvvəllər topdansatış mərkəzləri bunu qiymətlərin bahalaşması üçün etsələr də, indi vəziyyət dəyişib. 

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, süni siqaret qıtlığını monopolistlər bilərəkdən yaradırlar. arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, market və butiklərdə, əsasən də rayonlarda Rusiya, Dağıstan, Gürcüstan istehsalı olan qismən ucuz siqaretləri aksiz markasız gizlin olaraq satılır.

Bu isə siqaret monopolistlərinin yeni və daha ucuz siqaretləri qismən baha qiymətə bazara salmaq cəhdidir.

Məlumata görə, aylardır bazara yol tapan bu siqaretlərə indi təlabat daha da çıxalıb. Ötən aylarda 1 manata olan bu siqaretlər indi 1 manat 50 qəpik və ya 2 manata satılır.

Məlumatda qeyd olunur ki, bu siqaretlərin satışından daha çox gəlir əldə etmək mümkündür. Heç bir istehsal və vergi ödənişi həyata keçirilmədən ölkəyə gətirilən bu siqaretlərə təlabat günü-gündən çoxalır. Bu gün Bakı şəhərində konkret mağazalar var ki, aksiz markasız və gömrükdən keçmədən bu siqaretləri satışa çıxarır. 28 may metrosu yaxınlığında onlarla belə satış obyekti fəaliyyət göstərir.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə