Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tranzit təbii sərvətdən qiymətlidir-Ölkə prezidenti
Tranzit təbii sərvətdən qiymətlidir-Ölkə prezidenti
19 Fevral 2017 / 23:00 / Baxış sayı: 614
Font1 Font2 Font3 Font4

Nəqliyyat infrastrukturunun birləşdirilməsi bizim üçün ən vacib çağırışlardan biridir.

Trend-in məlumatına görə, bunu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Panel-müzakirənin aparıcısı, Avrasiya Qrupunun sədri və təsisçisi Yan Bremmer Avrasiya regionunun əhəmiyyəti və bu regionda gedən proseslər barədə məlumat verdikdən sonra tədbirin qonaqlarını təqdim etdi və sözü dövlətimizin başçısına verdi.

Asiya ilə Avropa arasında yerləşən Azərbaycanın əsrlər boyu sivilizasiyaların qovuşduğu bir məkan olaraq dünyada multikulturalizmin mərkəzlərindən birinə çevrildiyini deyən Prezident İlham Əliyev 25 ildən çoxdur öz müstəqilliyini bərpa edən Azərbaycanın dünyada etibarlı tərəfdaş və hörmət edilən ölkə olduğunu bildirdi. Qeyd etdi ki, bunun ən gözəl örnəyi bir neçə il öncə 155 ölkənin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi idi.

Prezident İlham Əliyev Azərbaycanın müsəlman aləminin bir parçası, eyni zamanda, Avropa qurumlarının fəal üzvü olduğunu dedi. 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının uğurla baş tutduğunu, bu il isə IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini vurğuladı. Son illərdə ölkəmizdə bütün sahələri əhatə edən islahatların həyata keçirildiyini, Azərbaycanın təşəbbüsü ilə iri enerji və nəqliyyat layihələrinin icra olunduğunu diqqətə çatdıran Prezident İlham Əliyev hazırda ölkəmizin qədim “İpək Yolu”nun bərpasında yaxından iştirak etdiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkildiyini, bu yolun fəaliyyətə başladığı təqdirdə Azərbaycan ərazisindən daşınmaların artacağını və təbii ki, bunun da milli iqtisadiyyatımıza müsbət təsir göstərəcəyini vurğulayaraq dedi:

– Əlbəttə ki, tranzit təbii sərvətlərlə müqayisədə qat-qat qiymətlidir. Çünki təbii sərvətlər gec və ya tez tükənəcəkdir. Tranzit üçün etibarlı və müasir infrastrukturunuz varsa, siz ərazinizdən və yatırdığınız sərmayələrdən faydalanaraq pul qazanacaqsınız. Buna görə nəqliyyat infrastrukturunun birləşdirilməsi bizim üçün ən vacib çağırışlardan biridir. Yeri gəlmişkən, biz indi Xəzər dənizinin sahilində ən böyük dəniz limanının inşasını aparırıq. Onun yükaşırma qabiliyyəti 25 milyon ton və 1 milyon konteynerdir. Biz dəmir yollarımızı təmir edirik. Biz Bakı gəmiqayırma zavodunda artıq bütün növ gəmiləri istehsal edirik ki, həm öz ehtiyaclarımızı ödəyək, o cümlədən Xəzəryanı ölkələri müasir avadanlıqla təchiz edə bilək. Limanın yaxınlığında biz xüsusi azad zona yaratmışıq və bu coğrafi yerləşmədən istifadə edərək şirkətləri sərmayə yatırmağa dəvət edirik.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə