Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanın İsveçrədəki səfirliyinin sürücüsü sığınacaq istəyib
Azərbaycanın İsveçrədəki səfirliyinin sürücüsü sığınacaq istəyib
19 Fevral 2017 / 23:27 / Baxış sayı: 928
Font1 Font2 Font3 Font4

Azərbaycanın İsveçrədəki səfirliyinin sürücüsü Emin Baxşiyev siyasi sığınacaq verilməsi xahişi ilə bu ölkənin hökumətinə müraciət edib.

Virtualaz.org bildirir ki, bu haqda Feysbuk sosial şəbəkəsindəki səhifəsində E.Baxşiyev özü yazıb.

Emin Baxşiyev həmçinin bildirib ki, işdən çıxarılması haqqında da ərizə yazıb. Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı bunu ölkə hökumətinin hərəkətləri ilə razılaşmaması və onun ailə üzvlərinə təzyiqlə izah edib.

Emin Baxşiyev 2010-2013 illərdə Azərbaycanın Xarici İşlər Nazirliyində işləyib. 2013-cü ildə isə o, Azərbaycan səfirliyində sürücü vəzifəsinə təyin olunub.

Qeyd edək ki, keçən il bir sıra Azərbaycan diplomatlarının Avropa ölkələrindən və Avstraliyadan siyasi sığınacaq almaq xahişləri ilə əlaqədar qalmaqal olmuşdu.

arxiv.bizimxeber.az



Azərbaycanın İsveçrədəki səfirliyinin sürücüsü sığınacaq istəyib yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə