Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Netanyahu: “İsrail və ABŞ ittifaqı İran təhlükəsi sayəsində möhkəmləndi”
Netanyahu: “İsrail və ABŞ ittifaqı İran təhlükəsi sayəsində möhkəmləndi”
20 Fevral 2017 / 0:58 / Baxış sayı: 572
Font1 Font2 Font3 Font4

“İsrail və ABŞ arasında alyans, xüsusilə İran tərəfindən gözlənilən ümumi təhlükə, həmçinin Yaxın Şərqdə yeni imkanlar sayəsində möhkəmləndi”.

“Report” xəbər verir ki, bu fikirlə İsrail hökumətinin həftəlik iclasında baş nazir Binyamin Netanyahu çıxış edib.

“İsrail və ABŞ arasında ittifaq həmişə sarsılmaz olub, lakin ittifaq daha da möhkəmləndi. O, iki səbəbdən möhkəmləndi: hər şeydən əvvəl, mənimlə prezident Tramp arasında çoxillik şəxsi münasibətlər mövcuddur, ikinci mühüm səbəb, bu, gözlənilən ümumi təhlükələr və Yaxın Şərqdə mövcud imkanlardır”, – deyə o bildirib.

Netanyahunun sözlərinə görə, iki ölkə liderinin şərik olduğu fikir İran tərəfindən artan təhlükənin qiymətləndirilməsidir.

“Biz hər ikimiz əsas şeyi – İran tərəfindən artan təhlükəni və müxtəlif sahələrdə İranın təcavüzünə qarşı müqavimət göstərmək zərurətinin olduğunu görürük”, – deyə baş nazir qeyd edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə