Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tiflisdə minlərlə adam etiraza çıxdı
Tiflisdə minlərlə adam etiraza çıxdı
20 Fevral 2017 / 1:10 / Baxış sayı: 1108
Font1 Font2 Font3 Font4

Gürcüstanın paytaxtı Tiflisdə minlərlə adam etiraza çıxıb.

Ölkənin əsas müxalifət kanalı olan “Rustavi 2” hökumətin mediaya, azad sözə basqı göstərdiyini bildirib və buna etiraz olaraq fevralın 18-də fəaliyyətini dayandırıb. Fevralın 19-da isə minlərlə Tiflis sakini kanala dəstək məqsədi ilə, parlamentin önündə aksiya keçirib. Bəzi media orqanları etiraza 10 minə yaxın şəxsin qatıldığını deyir.

Azadliq.org-un xəbərinə görə, “Rustavi 2” kanalının rəhbərliyi iddia edir ki, hökumət iş adamlarından birinin əli ilə bu kanala nəzarəti ələ keçirmək istəyir.

Gürcüstan prezidenti Giorgi Margvelashvilinin sözçüləri isə dəfələrlə bildiriblər ki, dövlət başçısı bütün media orqanlarına və xüsusən də tez-tez basqıya məruz qalan “Rustavi 2” kanalına tam dəstəyini bəyan edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə