Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Moskvada azərbaycanlıların da çalışdığı bazar yandı – VİDEO
Moskvada azərbaycanlıların da çalışdığı bazar yandı – VİDEO
20 Fevral 2017 / 9:48 / Baxış sayı: 644
Font1 Font2 Font3 Font4

Moskvada inşaat materialları satılan bazarda güclü yanğın olub. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Mıtışşenski bazarında baş verən yanğın nəticəsində 4 min kv metr ərazi külə dönüb. Ətrafı qatı tüstü dumanı bürüyüb. Bu səbəbdən təhlükəsizlik tədbirləri nəticəsində yaxınlıqdakı ərazilərdən sakinlər təxliyə edilib.

Yanğının anbarlardan başladığı, orada isə odameylli avadanlığın saxlanıldığı ehtimal olunur. Moskva şəhərinin Fövqəladə Hallar üzrə İdarəsi 100 nəfərin ərazidən uzaqlaşdırıldığı barədə məlumat yayıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər ərazilər üzrə bölünüb. Bölgəyə helikopterlərin də cəlb edildiyi deyilir. Bazarda daha çox postsovet ölkələrindən olan xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar da çalışır.

Araşdırmalara başlanıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə