Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakının xəstəlik mənbəyi olan çirkli avtobuslar – FOTOLAR
Bakının xəstəlik mənbəyi olan çirkli avtobuslar – FOTOLAR
20 Fevral 2017 / 10:16 / Baxış sayı: 588
Font1 Font2 Font3 Font4

Havalar yavaş-yavaş isinməyə doğru gedir. Havaların isinəsi isə infeksiyaların baş qaldırması deməkdir. Biz hər nə qədər bu infeksiyalardan qaçmağa çalışsaq da, təəssüf ki, ən azından, hər gün istifadə etdiyimiz avtobuslar sayəsində bunu bacara bilmirik. 

İstəsək də, istəməsək də, mənzil başına çatmaq üçün mikrob mənbəyi olan çirkli, köhnə avtobuslardan istifadə etmək məcburiyyətində qalırıq.

Azərbaycandan fərqli olaraq Avropa ölkələrində avtobus deyəndə ağla səliqəli, təmiz, rahat avtobuslar gəlir. Bizdə isə həm avtobus şirkətləri, həm də sərnişinlər avtobusların təmizliyinə riayət etmir. Ərpdən bayırı görünməz edən pəncərələr, sınıq tutacaqlar, cırılmış və tozdan rəngi bilinməyən, kirli oturacaqlar bir yana, sərnişinlərin tum çırtlayaraq avtobusun salonuna tökməsindən, saqqızı pəncərəyə, oturacaqlara yapışdırmasından hələ danışmırıq.

Bu cür avtobuslara misal olaraq, 50, 46, 11, 199, 12, 64 saylı marşrut avtobuslarını göstərmək olar. Bu avtobuslarda oturacaqların arasında, pəncərə qıraqlarında, tutacaqlarda yığılıb qalmış illərin çirkini yuyub təmizləmək üçün günlərlə vaxt lazım olar yəqin ki.

Avtobusların təmizliyinə niyə riayət edilməməsinin səbəblərini sürücülərdən soruşduqda isə onlar buna daha çox sərnişinlərin riayət etməli olduğunu dedilər. Vüsal Qurbanov adlı sürücü avtobus nə qədər təmiz olsa da, sərnişinlərin axşamadək onu çirkləndirdiyini dedi: “Avtobusa sayt adları, öz sevgi etiraflarını yazırlar. Bundan başqa tum çırtlayır, dönər yeyib kağızını yerə atırlar. Bunun qarşılığında isə təmiz avtobus tələb edirlər. Avtobusun təmizlənməsinin heç bir mənası yoxdur. Onsuz da yenə batacaq”.

Gülnarə Əliyeva adlı sərnişin isə bu cür avtobuslara əlacsızlıqdan mindiyini dedi: “Adam bu cür avtobuslara minəndə iyrənir. Avtobusun oturacaqlarının rəngi tozdan seçilmir. Oturanda toz qalxır. Günəş şüası içəri düşəndə salonda havaya qalxan tozu görəndə adam dəhşətə gəlir. Bütün bunlar bizim övladlarımızın ciyərinə gedir. Buna bir çarə tapsınlar”.

Bu kimi halların qismən qarşısını almaq üçün müəyyən istiqamətlərə işləyən köhnə sınıq salxaq avtobuslar yeni “BakuBus” avtobusları ilə əvəzləndi. Ancaq bu avtobuslarda da sərnişinlər tərəfindən təmizliyə uzun müddət riayət edilmədi. Bu avtobusların salonlarında oturacaqların cızıldığını, yerə yeyinti tullantılarının, salfetlərin töküldüyünü görürük. Hətta bununla bağlı “BakuBus”da sərnişinlərə müraciət edərək öz narahatlığını bildirib.

Image result for Mansur Piriyev
“BakuBus”ın mətbuat xidmətinin rəhbəri Mansur Piriyev “Yeni Müsavat”a açıqlamasında xüsusi mərhələli şəkildə təmizlənib xəttə buraxılan “BakuBus” avtobuslarının gecəyarı şirkətə qayıdarkən içərisini görüb dəhşətə gəldiklərini dedi: “İctimai nəqliyyatda istifadə olunan avtobusların təhlükəsizliyi və rahatlığı təkcə avtobusların təzəliyi, texniki sazlığı və ya xarici görünüşü ilə ölçülmür.

Eyni zamanda xidmətin daha keyfiyyətli təşkil olunması üçün avtobusların təmizliyi, xüsusən də salonun, oturacaqların, əl tutacaqlarının təmiz saxlanılması vacib şərtlərdən hesab olunur. Nəzərə alsaq ki, bir avtobusdan gün ərzində yüzlərlə hətta minlərlə sərnişin istifadə edir və bunların içərisində çirkli əşyalarla avtobusa daxil olan sərnişinlərlə yanaşı müxtəlif xəstəliklərin daşıyıcısı olan sərnişinlərlə də var, o zaman avtobusların təmizliyinin əhəmiyyətini daha qabarıq şəkildə göz önündə canlandıra bilərik.

Avtobusların təmizliyi və sərnişindaşıma fəaliyyəti zamanı salonun təmiz qalması həm də gün ərzində ondan istifadə edən minlərlə sərnişinin avtobusa daxil olarkən təmizliyə riayət etmələrindən də asılıdır. Ancaq təəssüf ki, gecə boyu xüsusi mütəxəssislər tərəfindən mərhələli şəkildə təmizlənib səhər xəttə buraxılan avtobusun salonunda gecə yarısı qayıdarkən nələr aşkar olunmur? Müxtəlif növ məişət tullantıları, salfetlər, siqaret kötükləri, kağız parçaları, meyvə və ərzaq qalıqları və s. Ən ürək ağrıdan məqam isə oturacaq və salonun digər hissələrinin məsuliyyətsiz sərnişinlər tərəfindən yazılması, cızılması və qalıcı xəsarətlərin yetirilməsidir”.

unnamed (1).jpg (40 KB)
M. Piriyev bununla bağlı araşdırmalar aparılaraq kamera görüntülərinin köməyi ilə bu cür hərəkətlərə yol verən sərnişinlərin kimliyinin aşkar olunduğunu dedi: “Həmin sərnişinlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək. ”BakuBus” olaraq sərnişinlərimizi avtobuslarımızın xidmətlərindən istifadə edərkən təmizlik qaydalarına riayət etməyə və digər sərnişin tərəfindən bu kimi hallara yol verildiyini müşahidə edən zaman dərhal “BakuBus”ın *4242 qaynar xəttinə müraciət etmələrini xahiş edirik. Unutmayaq ki, sərnişindaşıma xidmətinin keyfiyyətli və rahat şəkildə təmin olunması daşıyıcı şirkətlə yanaşı həm də sərnişinlərdən asılıdır. İctimai nəqliyyatın təmiz saxlanılması doğma şəhərimizdə çoxdan arzuladığımız ictimai nəqliyyatın təhlükəsiz istismar olunmasına və ümumi marağa xidmət edəcək”.

unnamed (2).jpg (64 KB)

Əslində çirkli avtobuslara görə 70-100 manat arası cərimə nəzərdə tutulsa da görünür ki, buna elə də əhəmiyyət verən yoxdur. Nazirlər Kabinetinin 141 saylı Avtomobil nəqliyyatın ilə sərnişin və baqaj daşıma haqqında qaydaları var. Burada göstərilir ki, gündəlik nəqliyyat vasitələri, yəni avtobuslar, trolleybuslar, metro vaqonları sanitar-gigiyenik baxımdan təmiz olmalı, vaxtında təmizlənməlidir.

Ümumiyyətlə, bu, sərnişin üçün diskomfortdur. Çirkli avtobus olmamalıdır. Buna riayət etməyənlər üçün İnzibati Xətalar Məcəlləsində konkret məsuliyyət nəzərdə tutulub.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 217-ci maddəsində göstərilir ki, nəqliyyatda sanitariya normalarına və qaydalarının gigiyena normativlərinin pozulması maddəsi ictimai nəqliyyata aiddir. Bu qaydanı pozan şəxslər 70 manatdan 100 manatadək cərimələnir.

Sürücülər sərnişinləri, sərnişinlər isə sürücüləri günahlandırır; “BakuBus”ın mətbuat katibi: “Avtobuslarımızın gecəyarı şirkətə qayıdarkən içərisini görüb dəhşətə gəlirik…” /Musavat.com/

arxiv.bizimxeber.az



Bakının xəstəlik mənbəyi olan çirkli avtobuslar – FOTOLAR yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə