Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha bir Baş redaktor həbs olundu
Daha bir Baş redaktor həbs olundu
20 Fevral 2017 / 10:02 / Baxış sayı: 724
Font1 Font2 Font3 Font4

AXCP Ali Məclisinin İsmayıllıdan seçilmiş üzvü, “Azadlıq” qəzetinin bölgə müxbiri, kend.info saytının baş redaktoru Elçin İsmayıllı həbs olunub.

Qaynarinfo.Az-ın verdiyi xəbərə görə, bu haqda onun vəkili İslam İsmayılov məlumat verib.

Məlumata görə, onun haqqında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308.2-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq materiallarına görə, jurnalist İsmayıllı rayon Mədəniyyət və turizm şöbəsinin bir əməkdaşı haqqında neqativ məlumat yayacağı ilə bağlı pul tələb etməkdə günahlandırılır.

Elçin İsmayıllı fevralın 17-də saat 16.00 radələrində yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmayıb. Elə həmin gün, daha doğrusu, ayın 17-dən 18-nə keçən gecə saat 2 radələrində polis və prokurorluq əməkdaşlarından ibarət olan 8 nəfərlik qrup onun kirayədə qaldığı evə gələrək axtarış aparıblar. Əməliyyatçılar jurnalistin evində kompyuterini və sənədlə aldığı ov tüfəngini götürüb gediblər.

Nəsimi rayon məkəməsi onun barəsində 24 sutkalıq həbs-qətimkan tədbiri seçib. Hazırda o, Kürdəxanıdakı İstintaq Təcridxanasında saxlanılır.

182.2.2 -ci maddənin sanksiyasında 5 ildən 10 ilədək, 308.2-ci maddənin sanksiyasında isə 3 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə