Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məktəb direktoru dəhşətli qəzada öldü
Məktəb direktoru dəhşətli qəzada öldü
20 Fevral 2017 / 10:25 / Baxış sayı: 690
Font1 Font2 Font3 Font4
Dünən axşam saatlarında Cəlilabad rayonunda baş vermiş ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti dəqiqləşib.
Lent.az-ın məlumatına görə, Ələt-Astara magistral yolunun 131-ci kilometrliyində, Qarazəncir kəndi ərazisindəki ticarət mərkəzinin qarşısında 90 FX 557 dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili ilə 90 RX 373 nömrəli “Hyundai” markalı kiçiktutumlu yük maşınının toqquşması nəticəsində minik avtomobilinin sürücüsü 1960-cı il təvəllüdlü Babayev Şakir Rəhim oğlu və sərnişini, 1951-ci ildə anadan olmuş Ağayev Mirəhməd Tahir oğlu vəfat edib. “Hyundai”ın sürücüsü Əsgərov Yunis Yusif oğlu isə ağır xəsarət alıb.
Bildirilib ki, qəzada ölən şəxslər Cəlilabad rayonun Ocaqlı kənd sakinləri olub. Mirəhməd Ağayev Ocaqlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışırmış.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə