Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanır
Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanır
20 Fevral 2017 / 11:10 / Baxış sayı: 998
Font1 Font2 Font3 Font4

Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanır. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov Lent.az-a bildirib ki, bu il də müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçiriləcək, amma bəzi dəyişikliklər gözlənilir. 

E. Bağırov deyib ki, müəllimlərin işə qəbul qaydaları ilə bağlı ediləcək dəyişikliklər təhsilə xidmət edir və müəllimlərin xeyrinə olacaq: “ Bildiyiniz kimi, 2010-cu ildən etibarən müəllimlərin işə qəbulu müsabiqə yolu ilə  mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

2013-cü ildə proqram təminatı dəyişdirilib və daha da təkmilləşdirilib. Bu il də müəllimlər müsabiqə yolu ilə işə qəbul olunacaq, amma bəzi dəyişikliklər nəzərdə tutulub. Yəni texniki baxımdan mərhələlərin azaldılması, daha asanlaşdırılması, onlara daha geniş imkanların yaradılması nəzərdə tutulub. Bir sözlə, müəllim olmaq istəyənlərin seçim imkanlarını genişləndirən bir dəyişikliklər olacaq”.

E.Bağırov onu da əlavə edib ki, imtahanın keçirilmə prosedurunda və məzmununda da bir neçə dəyişikliklər olacaq və bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

E.Bağırov qeyd edib ki, yeni hazırlanan qaydalarda bu il bəzi məktəblərə müəllim seçmək səlahiyyətinin verilməsinin də nəzərdə tutulur: “Ola bilsin ki, bir neçə məktəbə sınaq kimi belə bir səlahiyyət verilsin. Və bu  pilot layihə şəkilində həyata keçiriləcək. Hansı məktəblərə şamil olunacağı isə bu layihə təsdiq edildikdən sonra bəlli olacaq. Çünki bu, hələ təsdiq edilməmiş bir layihədir və qəbul olunsa, ictimaiyyətə açıqlanacaq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə