Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabah ilaxır çərşənbələr başlayır
Sabah ilaxır çərşənbələr başlayır
20 Fevral 2017 / 10:47 / Baxış sayı: 594
Font1 Font2 Font3 Font4
Xalq inancına görə, bu gündən, yəni fevralın 20-dən etibarən kiçik çillə başa çatır və boz ay dövrü başlayır.
Bu dövrə “yazın qırxlı çağı” da deyilir. Uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, dekabrın 22-də başlayan qış fəsli 3 hissəyə bölünür.
Böyük çillə 40, kiçik çillə 20 gün çəkir. Məlumata görə, bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə davam edir. Kiçik çillədən sonra Novruzadək qalan 30 gün, daha dəqiq desək, fevralın 20-dən martın 20-dək olan dövr boz ay adlanır. Bu ayın boz ay adlandırılmasının səbəbi isə havaların tez-tez dəyişməsidir. Yəni kiçik çillənin bitməsi şaxtalı havaların bitməsi demək deyil. Boz ay da kifayət qədər sərtliyini hiss etdirən aydır. Bu ayda hava bir gün isti, bir gün soyuq ola bilər, yəni hava üzünü bozardır. Düz bir ay davam edən bu dövr yumşaq və narın yağışlı günlərin çoxluğu ilə seçilir. Həm də Novruz bayramının müjdəçiləri olan çərşənbələr məhz bu dövrə təsadüf edir. Bu il ilk çərşənbə fevralın 21-nə, son və ya ilaxır çərşənbə isə martın 14-nə təsadüf edir.
Çərşənbələr su, od, torpaq və yel (hava) olmaqla sıralanaraq 4 çərşənbəyə bölünür. Çərşənbələrin bu şəkildə adlanması belə təsadüfi deyil və özündə insanın yaradıldığı ünsürləri ehtiva edir. Belə ki, ürfan fəlsəfəsi Allahın insanı su, od, torpaq və hava kimi dörd ünsürdən yaratdığı, batininə isə ruhu yerləşdirdiyi qənaətindədir. Məhz boz ayda torpağı əkib-becərməyə hazırlayan yaz dumanları başlayır.
Yeri gəlmişkən, qışda da qış dumanları torpağın üzərinə enir. Ona görə də xalq içində “qış dumanı qar gətirər, yaz dumanı bar gətirər” kimi bir müdrik deyim formalaşıb. Yaz dumanlarının yumşaltdığı torpaq tədricən arata, şumlamağa hazırlanır. Azərbaycanda qeyd edilən “Xızr-Zində” ( Əbədi Xızr ) bayramı da boz ayın içindədir. Həm də boz ayın son həftəsinə “tüstü qaytaran” həftə deyilir. Bu isə həmin müddətdə əsən küləklərin tüstü bacalarından tüstüləri təkrar evin daxilinə qaytarması ilə əlaqəlidir. Boz ayda bir gün ərzində hava həm isti, həm soyuq, həm yağışlı və dumanlı ola bilər. Bu təbiət hadisələri ilə bağlı xalq içində bu dəyişkənlik 4 fəslin (yaz, yay, payız, qış) özünü – hərəsi bir gün və ya bir günün içində nümayiş etdirməsi kimi qiymətləndirilir. Novruz bayramının özünə məxsus adət ənənələri var və hər bir ənənə özündə müəyyən məna daşıyır.
Maraqlıdır, Novruz bayramının tarixinə, səməni göyərtmək, papaqatdı, yumurta boyama kimi illərdir qorunub saxlanan ənənələrinin mənaları nədir?
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla oda, atəşə, Günəşə olan etiqad və inamını ifadə edib. Bütün bu mərasimlər təbii ki, İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır. Novruz bayramı qabağı adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və sairə. Novruz bayramında şirniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir. Novruzda küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.
Novruz bayramında yerinə yetirilən bu ənənələr hansı məna daşıdığına gəlincə isəb məsələn, yumurta boyamaq Tanrının bəşəriyyətə bəxş etdiyi dörd əsas nemətlə mənalandırılır. Çox qədimlərdən bir çox xalq yumurtanı həyatın, canlılığın rəmzi hesab edib. İnsanların etiqadına görə, yumurtadan həm xeyir, həm də şər törəyə bilər. İbtidai təsəvvür və etiqada əsasən, yumurta ulu Tanrının bəşəriyyətə bəxş etdiyi dörd əsas maddi nemət olan hava, su, torpaq, odla mənalandırılır. Yumurtanın dairəviliyi və qabığı torpağı, pərdəsi havanı, ağı suyu, sarısı odu simvollaşdırır. Məhz bu əlamətlərinə görə, yumurtadan bir çox bayram və mərasimlərdə istifadə edirlər. Yumurtanın nə rəng boyanması da fəsillərdən xəbər verir. Qırmızı rəngə boyanmış yumurta yayı, yaşıl, göy rəng yazı, sarı payızı, heç rənglənməmiş yumurta isə qışı bildirir. Yumurta döyüşdürmək isə iki dünyanın qışla yazın, soyuqla istinin, xaosla-kosmosun mübarizəsini nümayiş etdirməkdir. Səməni qoymaq da hansısa bir şəkildə təbiəti canlandırmaq, ona təsir etmək vasitəsi kimi anlaşılır. “Qulaq falı” və ya “qapı pusmaq” yeniləşmənin məlumat səviyyəsini əks etdirir.
Novruza aid bayram adətlərindən biri də müxtəlif şəkildə adlandırılan torba atmaqdır. Rəvayətə görə, qədim zamanlarda rəiyyət bəy qapısına papaq atar, bacasından qurşaq sallayardı. Çünki onlar aşağı təbəqənin insanları idi və kasıb idilər. Buna görə də bayram keçirməyə heç bir şeyləri olmurdu. Zaman keçdikcə isə bu, adət halını aldı. Novruz süfrəsinə qoyulan şirniyyatlarda Novruzun simvollarıdır. Səməni yaşıllıq, bolluq, tonqal yandırmaq, yanan odun üstündən atılmaq sağlamlıq, xoş rifah, paxlava, şəkərbura – aypara, ulduz mənasının bildirir. Kosa və Keçəl obrazları isə qışla yazın mübarizəsini əks etdirir: Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Adətə görə Novruz bayramında süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. (musavat)
arxiv.bizimxeber.az


Sabah ilaxır çərşənbələr başlayır yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə