Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Alman qırıcıları sərnişin təyyarəsini endirmək istədi
Alman qırıcıları sərnişin təyyarəsini endirmək istədi
20 Fevral 2017 / 11:07 / Baxış sayı: 674
Font1 Font2 Font3 Font4

Almaniya HHQ qüvvələri sərnişin təyyarəsini endirmək üçün havaya qalxdı.

arxiv.bizimxeber.az xəbər verir ki, həyəcan siqnalı ilə havaya qaldırılan qırıcılar Hindistanın Mumbay-London marşrutu ilə uçan  Jet Airways sərnişin təyyarəsini 10 dəqiqə müşayət etdikdən sonra yerə enib. Bu barədə The Times of India nəşri xəbər verir.

İnsident fevralın 16-da təyyarə Köln şəhərinin səması ilə uçanda baş verib. Laynerin bortunda 330 sərnişin olub. Qəzetin məlumatına görə, pilotlar bir neçə dəfə çağırışa cavab vermədikləri üçün qırıcılar səmaya qalxıb. Bir neçə dəqiqə sonra əlaqəni bərpa etmək mümkün olub.

Aviakompaniya faktı təstiqləyib. “Almaniya HHQ təyyarənin və sərnişinlərin  təhlükəsizliyini təmin etmək  məqsədi ilə qırıcıları havaya qaldırıb”,-daşıyıcı firmanın nümayəndəsi açıqlama verib.

 

Hindistanın Mülki aviasiya idarəsi insidentlə bağlı araşdırmalara başlayıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə