Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Kapital Bank”ın rəhbərliyinə yeni təyinatlar
“Kapital Bank”ın rəhbərliyinə yeni təyinatlar
20 Fevral 2017 / 10:55 / Baxış sayı: 642
Font1 Font2 Font3 Font4

“Kapital Bank”ASC-nin İdarə Heyəti (İH) sədrinin müavini, Baş Əməliyyat İnzibatçısı Fərid Hüseynov Bankın İH sədrinin 1-ci müavini vəzifəsinə təyin edilib.

Qaynarinfo.Az-ın verdiyi xəbərə görə, F.Hüseynov yeni vəzifəsində “Kapital Bank”ın daxil olduğu “PAŞA Holdinq”in Biznes Qrupu üzrə Direktoru və Holdinqin İcraçı Direktorunun müavini vəzifəsində fəaliyyətini davam etdirən Fərid Məmmədovu əvəz edib.

Bundan başqa, Nahid Zeynalov “Kapital Bank”ın İdarə Heyəti sədrinin müavini, Bankın Baş İnformasiya İnzibatçısı təyin olunub.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. Onun nizamnamə kapitalı 185,85 mln. manatdır. BBankın səhmlərinin 99,87%-i “PAŞA Holdinq”ə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə