Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kim Çen İn Trampla danışıqlara getmək istəyir
Kim Çen İn Trampla danışıqlara getmək istəyir
20 Fevral 2017 / 11:28 / Baxış sayı: 680
Font1 Font2 Font3 Font4

Koreya Xalq Demokratik Respublikasının nümayəndələri ABŞ-a danışıqlar üçün gedə bilər.

arxiv.bizimxeber.az məlumat verir ki, bu barədə Washington Post informasiya yayıb. KXDR yüksək çinli məmurlarının ABŞ-a səfəri baş tutsa son beş ildə ilk olacaq.

Agentlik xəbər verir ki, iki ölkənin danışıqlara getməsi son səkkiz ildə çox çətinləşib. KXDR-nin raket sınaqları və şimali Koreya liderinin qardaşı Kim Çen Namanın Malyziyada öldürülməsi ölkələrarası münasibəti daha da gərginləşdirib.

KXDR-nın hakimiyyət nümayəndələrinin səfəri Kim Çen İnın Tramp adminstrasiyası ilə dialoqa hazır olduğuna işarə edir. Hal-hazırda isə danışıqlar sadəcə planlaşdırılır. Səfər edəcək nümayəndə heyətinə KXDR-nın XİN-nın ABŞ-la işlər departamentinin rəhbəri Çxve Son Xinin başçılıq edəcəyi məlumdur.

Danışıqların bir neçə həftə sonra Nyu-Yorkda baş tutacağı bəlli olsa da nümayəndə heyətinin viza məsələsi hələ də həll edilməyib.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə