Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sarkisyan xalqa Qarabağda yeni müharibə vəd edir
Sarkisyan xalqa Qarabağda yeni müharibə vəd edir
20 Fevral 2017 / 11:38 / Baxış sayı: 666
Font1 Font2 Font3 Font4

Azərbaycan XİN: “Məsuliyyət Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür.”

Ermənistan rəhbərliyinin regionu və erməni xalqını yeni müharibələrə sürükləyən çıxışı hərbi diktatorlar və hərbi xuntalar üçün xarakterik haldır. Bu çıxışı ilə Ermənistanın hərbi xunta rejiminin rəhbəri hələ səhra komandiri psixologiyasından ayrıla bilmədiyini və 90-cı illərin əvvəllərinə aid illüziyalarla yaşadığını bir daha sübut edir.

İstiPress-in məlumatına görə, Bunu Ermənistan Prezidentinin könüllülər şurasındakı çıxışını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev  deyib:

XİN rəsmisi bildirib ki, dərin siyasi-iqtisadi, maliyyə və demoqrafik böhran şəraitində olan dövlətin başçısı kimi bu şəxs seçki öncəsi dövrdəki çıxışında ölkəni tənəzzüldən çıxarmaq və qonşu dövlətlərlə əlaqələri normallaşdırmaq barədə tezislər təqdim etmək əvəzinə, erməni xalqına yalnız yeni müharibələr vəd edir:

“Hər kəsə açıq şəkildə aydın olsa da, Ermənistan rəhbərliyi bir daha dövlət başçısı səviyyəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonların Ermənistan tərəfindən işğal edildiyini və viranəyə çevrildiyini etiraf edir. Bu gün Azərbaycan Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə post-konflikt reabilitasiya və regionda davamlı sülhün təmin olunmasının unikal modelini ortaya qoyduğu halda, Ermənistan rəhbərliyi özünün işğalçılıq və destruktiv siyasəti ilə “fəxr edir”. İndi beynəlxalq ictimaiyyət özü bir daha görməli və dərk etməlidir ki, qoşunların təmas xəttində gərginliyin, erməni əsgərlərinin ölümü ilə nəticələnən hərbi avantüraların, o cümlədən aprel hadisələrinin, Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatların arxasında duran səbəbkar kimdir. Beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrləri görməlidirlər ki, münaqişənin danışıqlar yolu ilə həlli üçün Azərbaycanın tərəf müqabili kimdir və hansı təfəkkürə malikdir. Ona görə də regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət mənəvi-etik və hüquqi əsaslardan məhrum olan Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür”.

Azərbaycan Xarici İşlər Nazirliyi

H.Hacıyev qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, özünün ərazi bütövlüyü və suverenliyini təmin edəcək:

“Buna əsla heç kimin şübhəsi olmasın. Ermənistan rəhbərliyi nə qədər tez bunu dərk edərsə, bir o qədər də tez regionda davamlı sülh təmin olunar və ilk növbədə erməni xalqı yaranmış regional əməkdaşlıq imkanlarından faydalana bilər”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə