Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DƏHŞƏTLİ QƏZA: İğdırdan Naxçıvana gedən avtobusda ölən azərbaycanlılar var – YENİLƏNİB
DƏHŞƏTLİ QƏZA: İğdırdan Naxçıvana gedən avtobusda ölən azərbaycanlılar var – YENİLƏNİB
20 Fevral 2017 / 12:57 / Baxış sayı: 1136
Font1 Font2 Font3 Font4

 

“İqdır-Naxçıvan yolunda baş verən qəzada yaralananlar arasında Azərbaycan vətəndaşı var”.

Bu barədə APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O, qəzada ümumilikdə 8 nəfərin öldüyünü bildirib: “Onlardan neçəsinin Azərbaycan vətəndaşı olması Türkiyənin müvafiq orqanları ilə dəqiqləşdirilir. Hazırda Azərbaycanın Qarsdakı baş konsulu və konsulluğun əməkdaşları Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralılara dəstək və yardım göstərirlər. Baş konsul özü də xəstəxanadadır”.
 ***
 12:23
Türkiyədə dəhşətli qəza baş verib.
Bakipost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İğdır-Naxçıvan yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 6 nəfər ölüb, 20 yaralı var.
Azərbaycanın Qarsdakı Baş konsulluğundan verilən məlumata görə, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları da var.
Hadisə yerinə təcili yardım maşınları və xilasetmə qrupları sövq edilib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə