Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya Dövlət Dumasının sədri Azərbaycana gələcək
Rusiya Dövlət Dumasının sədri Azərbaycana gələcək
20 Fevral 2017 / 13:04 / Baxış sayı: 552
Font1 Font2 Font3 Font4

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycana səfəri bu ilin birinci yarısına planlaşdırılır.

Bunu “Report”a açıqlamasında Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov bildirib.

“Hazırda qarşıdakı tədbirlərin və səfərlərin planını hazırlayırıq. Buradan irəli gələrək deyə bilərəm ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycana səfəri planlaşdırılır. Səfər bu ilin ilk yarısında baş tutacaq, amma hələlik dəqiq tarix məlum deyil. Bakıdan rəsmi dəvət artıq qəbul edilib və hazırda Vyaçeslav Volodinin qrafiki dəqiqləşdirilir”, – deyə L.Kalaşnikov vurğulayıb.

Dövlət Dumasının komitə sədri əsasən iqtisadi məsələlərin, eləcə də MDB və digər beynəlxalq təşkilatlar məkanında əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyini əlavə edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə