Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

4 saylı Vərəm Dispanserində sabahın əsgərlərindən pul alınır – 2 manat
4 saylı Vərəm Dispanserində sabahın əsgərlərindən pul alınır – 2 manat
20 Fevral 2017 / 15:19 / Baxış sayı: 3858
Font1 Font2 Font3 Font4

Ölkənin səhiyyə sistemində daha bir rüsvayedici hadisə. Hərbi xidmətə getmək üçün sağlamlıq komissiyasından keçən sabahın əsgərlərindən pul tələb olunur. Belə ki, arxiv.bizimxeber.az əməkdaşlarından birinin yaxın qohumu olduqca biabırçı faktla üzləşib.

4 saylı Vərəm Əleyhinə Dispanserindən müayinədən keçəmək üçün bildirişlə göndərilən çağırışçıdan 2 manat pul tələb olunub: “Burada 16 nömrəli otaq var. Orda müayinədən keçən çağırışçıdan açıq formada 2 manat pul tələb olunur. Biz vətən torpağını qorumaq üçün əsgər yola salırıq. Hər an düşmənlə üz-üzə dayanacaq, hətta ölə biləcək bir övladı müayinədən keçiririk. Bunlar isə utanmadan 2 manat pul istəyir”.

Daha bir biabırçı hal isə, “xırda pulum yoxdur” desən də “ver biz xırdalayaq kimi rüsvayçılıqdan belə çəkinmir bu həkimlər. Onlara həkim yox, dilənçi demək daha məqsədəuyğundur. Çünki, sabah ölməyə hazır olan bir çağırışçıdan 2 manat alana bundan başqa ad qoymaq olmaz.

Adi vətəndaşlardan 5-10, çağırışçıdan 2 manat alan bu “həkim” dilənçilər özlərinə belə haqq qazandırırlar. Onların səsini əks etdirən audio yazıya qulas asarkən adam sadəcə utanır. “Baş həkiminiz Sədaqət xanım deyir ki, rüşvət almrıq, bəs bu nədir 2 manat istəyiriz” sualına 10 manatı xırdalayan xanım həkim –  “yaman qorxdum, əllərim əsdi, Sədaqət xanım deyir, pul almırıq?” kimi sualları rişxəndlə verir…

Səhiyyə naziri Oqtay Şirəliyev də bu gün yalandan korrupsiyaya qarşı sərənçam verir. Budur korrupsiya və ən böyük biabırçılıq. Budur sabahın əsgərini elə ilk addımlarından məöhv edən, vətənə, dövlətə bağlarını söndürən. Məsələ ilə bağlı dispanserinin baş həkim müavini Esmira xanım redaksiyamızın əməkdaşları tərəfindən məlumatlandırılıb. Yəqin ki, Səhiyyə nazirliyinin aidiyyatı şəxsləri pul alan həkimin kimliyini müəyyənləşdirməyə çalışacaq.

Məlumat üçün bildirək ki, 4 saylı Vərəm Əleyhinə Dispanserinin baş həkimi Sədaqət Vəliyeva Nizami rayon YAP sədri və millət vəkildir.

İlkin
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə