Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dollar digər pulları dəyərdən saldı – FOTO
Dollar digər pulları dəyərdən saldı – FOTO
20 Fevral 2017 / 14:32 / Baxış sayı: 738
Font1 Font2 Font3 Font4
Qlobal bazar üzrə məlumatlar göstərir ki, dollar həftəyə bahalaşma ilə başlayıb. 
arxiv.bizimxeber.az fins.az-a istinadən xəbər verir ki, bu gün rubl, funt, avro dollar qarşısında nəzərəçarpan ucuzlaşma nümayiş etdirib. Manat ötən həftədəki enişdən sonra bu gün məzənnəyə sükunətlə daxil olub. Yəni, məzənnə fərqinin faiz nisbəti “0” səviyyəsində qeydə alınıb. Hazırda USDMANAT 1.7352 səviyyəsinə mübadilə olunur.
Həmçinin, bu gün rublun 1,5% unun eniş tendensiyası onun məzənnəsini  58.3715-ə salıb. Funt 0,60% ucuzlaşıb və 1.2412-yə satılır.
Avronun ötən həftə qeydə alınan bahalaşması bu həfətə ucuzlaşma ilə start götürdü. Bu gün avro 0,54% düşüb və 1.0615 məzənnəsi ilə mübadilə olunur.
S&P 500 indeksi də yenidən bahalaşma nümayiş etdirib. 0,2% artan indeks 2351.16 dollara ticarət olunur. Qızıl isə dolların bahalaşması qarşılığında yenidən ucuzlaşır. 0,2% düşən qızıl bu gün 1239.1 dollara satılır.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə