Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Direktorun öldüyü qəzanın görüntüləri yayıldı – VİDEO
Direktorun öldüyü qəzanın görüntüləri yayıldı – VİDEO
20 Fevral 2017 / 16:03 / Baxış sayı: 826
Font1 Font2 Font3 Font4

Cəlilabadda iki nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

arxiv.bizimxeber.az ARB-yə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Ələt-Astara magistralının 130-cu kilometrliyində, rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb. Sabirabad rayon sakini, 25 yaşlı Yunis Əsgərov idarə etdiyi kiçik tutumlu yük maşını ilə Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn “BMV” markalı minik avtomobili ilə toqquşub.

Zərbə güclü olduğundan yük maşını yolun kənarına aşıb, minik avtomobili isə yararsız hala düşüb. Qəza nəticəsində “BMV”-nin sürücüsü, Ocaqlı kənd sakini Mirəhməd Ağayev və onun həmkəndlisi Şakir Babayev hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı dünyasını dəyişən Mirəhməd Ağayev Ocaqlı kənd orta məktəbinin direktoru idi. Yük maşınının sürücüsü isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin olaraq qəzaya səbəb, buz bağlayan yolun sürüşkən olması göstərilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə