Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya qorxulu silahını Türkiyəyə verir
Rusiya qorxulu silahını Türkiyəyə verir
20 Fevral 2017 / 16:11 / Baxış sayı: 672
Font1 Font2 Font3 Font4

Türkiyənin bu silahları kimlərə qarşı istifadə edəcəyi açıqlanmır

Rusiya və Türkiyə S-400 zent-raket kompleksinin satışı barədə danışıqlar aparırlar.

İstiPress-in məlumata görə, bunu “Rostex” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov deyib.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə həyata keçirilən İDEX-2017 müdafiə sənayesi sərgisində jurnalistlərin suallarını cavablandıran S.Çemezov deyib ki, danışıqlar yaxın vaxtarda başa çatacaq.

Onun sözlərinə görə, hazırda maliyyələşdirmə məsələləri üzərində iş gedir.

Bir müddət əvvəl, Türkiyənin hökumətə yaxınlığı ilə tanınan “YeniŞəfəq” qəzeti yazıb ki, Rusiya prezidenti Vladimir Putin Tükiyəyə səfəri zamanı həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün danışıqlar aparıb.

Həmin vaxt Türkiyənin uzaq mənzilli havadan müdafiə sistemlərinə ehtiyacının olduğu bildirilib.

Hökumətdəki mənbənin qəzetə verdiyi məlumata görə, Ankara təkcə S-400 ZRK-nı almağı düşünmür, eyni zamanda Moskvaya birgə istehsalı təklif edib və bu, müsbət qarşılanıb. Qeyd olunur ki, Türkiyə ZRK-ları aldıqdan sonra ikinci havadan müdafiə sistemini Rusiya ilə birlikdə istehsal edəcək.

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan

Rusiya Silahlı Qüvvələrinin ən müasir silahlarından olan S-400 raketlərinə daha əvvəl Çin və Hindistan müraciət etsə də, Türkiyə bu silahlara təcili ehtiyacının olduğunu bildirib.

Qəzet yazır ki, bundan əvvəl Türkiyə uzaq mənzilli havadan müdafiə sistemlərinin sifarişində Çinlə razılıq əldə etdikdən sonra NATO-nun basqısı ilə qarşı-qarşıya qalıb. İndi Rusiya ilə də eyni problem yaşanacağı bildirilir. Türkiyə indiyə qədər NATO standartlarına uyğun olmayan müdafiə sənayesində Rusiya ilə anlaşma həyata keçirməyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə