Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda müharibəyə hazırlıq: Ən yeni döyüş təyyarələri alındı – FOTO
Azərbaycanda müharibəyə hazırlıq: Ən yeni döyüş təyyarələri alındı – FOTO
20 Fevral 2017 / 16:33 / Baxış sayı: 1152
Font1 Font2 Font3 Font4
Azərbaycan Pakistandan hərbi təyyarələr alır. İstiPress-in məlumatına görə, bunu “AzeriDefence”yə açıqlamasında Pakistanın müdafiə sənayesi naziri Rana Tanver Hüseyn bildirib. 
Nazir qeyd edib ki, Pakistanın Azərbaycan ilə müdafiə sahəsində yaxşı əlaqələri var və bu yaxın perspektivdə daha da genişlənəcək.
“Azərbaycan prezidentinin Pakistana səfəri bu əlaqələri daha da dərinləşdirəcək. Biz Azərbaycanı qardaş olaraq görürük və ona görə əməkdaşlığı dərinləşdirməyə çalışırıq. Biz Azərbaycanla geniş spektrdə – kiçikçaplı silah və sursat istehsalından təyyarə istehsalına qədər əməkdaşlıq etməyi hədəfləyirik. Birgə müəssisələrin yaradılmasına və texnologiya transferinə hazırıq”,- deyə nazir qeyd edib.
Pakistanın müdafiə sənayesi naziri JF-17 “Thunder” döyüş və “Super Mushshak” təlim təyyarəsinin Azərbaycana satışında heç bir problemin olmadığını və mövcud olan bəzi anlaşılmazlıqların (mühərrik və radar) aradan qaldırıldığını qeyd edib: “Ümimi yanaşmada isə heç bir problem yoxdur. Biz “Super Mushshak” təyyarəsinin Azərbaycana çatdırılmasına hazırıq”.
“Super Mushshak” təlim təyyarəsi
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə