Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Serj Sarkisyan rus milyarderin evindən oğruluq edib
Serj Sarkisyan rus milyarderin evindən oğruluq edib
20 Fevral 2017 / 16:45 / Baxış sayı: 720
Font1 Font2 Font3 Font4

Zərərin ümumi dəyəri 50 milyon dollar təşkil edib

Rusiyalı milyarder Aleksandr Tarantsevin bağ evindən 6 il əvvəl oğurlanmış rəsm əsəri Ermənistan prezidenti Serj Sarkisyanın kabinetində aşkarlanıb.

İstiPress-in məlumatına görə, söhbət İvan Ayvazovskinin məşhur “Dəniz mənzərəsi” əsərindən gedir. 2011-ci il 13 yanvarında yayılmış məlumata görə, oğurluq zamanı Aleksandr Tarantsevin evindən həm də Repinin “Kazak” əsəri, Faberje yumurtası və təbii qızıl külçə oğurlanıb. Oğurlanan əşyaların toplam dəyəri 50 milyon dollar təşkil edib.

Maraqlıdır ki, 14 yanvarda mətbuata verilmiş xəbərdə bildirilir ki, hadisə 13 yanvar  gecəsi soyğun şəklində baş verib. Həm də qeyd edilib ki, soyğunu törədən şəxslər rus dilində ləhcəsiz danışıblar və təmiz slavyan görkəmində olublar. Amma bu açıqlamanın yanvarın 17-də Aleksandr Tarantsevin Amerikadan Rusiyaya geri dönməsi ərəfəsində verilməsi bir qədər şübhə doğururdu. Ola bilər ki, oğurluq çoxdan baş vermişdi və mühafizəçilər özləri də iştirakçı olduqları oğurluq hadisəsini soyğun kimi təqdim etməyə çalışıblar.

Ola bilər ki, oğurluq xeyli qabaq, məsələn, 2010-cu ilin əvvəllərində baş verib, Rusiyada haqqında dəfələrlə cinayət işi qaldırılmış Tarantsevin Amerikada olmasına görə oğurluq məsələsi gec açılıb. Hər halda, Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın rəhbəri olduğu “Pünik” xeyriyyə fondu əsəri Serj Sarkisyana  2010-cu il iyulun 19-da hədiyyə etdiyini iddia edir. Amma nədənsə fond 2017-ci ilin yanvar ayında Serj Sarkisyana hədiyyə edilmiş əsərin saxta olduğunu bəyan edib.

Əgər bu doğrudan belədirsə və Serj Sarkisyanın qardaşının oğurluqda əli yoxdursa, niyə bu 6 il ərzində bu barədə susulub? Niyə Aleksandr Tarantsevin evinin mühafizəçiləri soyğunu törədən şəxslər rus dilində ləhcəsiz danışmasını, yəni qafqazlı olmamasını dəfələrlə vurğulayıblar, bəlkə iz azdırmağa çalışıblar?

İndi erməni mətbuatı bu sualların üzərində baş sındırır. Amma əslində burda təəccüblü bir məsələ yoxdur. Serj Sarkisyanın qardaşı Saşik Rusiyada bir sıra cinayətlərə görə axtarışdadır və buna görə də Amerikada yaşayır. Yəni Sarkisyan ailəsinin cinayət aləminə məxsusluğu yenilik deyil.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə