Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Amerikadan Fətullah Gülənlə bağlı gözlənilməz AÇIQLAMA
Amerikadan Fətullah Gülənlə bağlı gözlənilməz AÇIQLAMA
20 Fevral 2017 / 17:35 / Baxış sayı: 900
Font1 Font2 Font3 Font4

ABŞ prezidenti Donald Trampın Avropa Birliyinə səfir təyin etməsi gözlənilən professor Ted Mallok Türkiyənni NTV telekanalına müsahibə verib. arxiv.bizimxeber.az lent.az-a istinadən xəbər verir ki, T.Mallok FETÖ lideri Fətullah Gülənin hazırki hakimiyyət üçün adi vətəndaş olduğunu qeyd edib.

Türkiyədə baş verən proseslərdən xəbərdar olduğunu deyən tanınmış siyasətçi Fətullah Gülənin Türkiyəyə verilməsinin mümkün olduğunu deyib: “ABŞ ədalətli mühakimə aparıldıqdan sonra onu niyə təhvil verməsin ki? Bu insan niyə Türkiyəyə göndərilməsin? Mənə elə gəlir ki, bu, yeni hakimiyyətin çox diqqət göstərməli olduğu mövzudur. Tramp hakimiyyətinin Fətullah Güləni təhvil verəcəyini düşünürəm. Təbii ki, məsələ ədliyyə nazirinin qarşısına da gələcək. Amma bu, çox vacib məsələdir, Türkiyə üçün kritikdir. Çevrilişə cəhd etmiş qüvvələrin arxasında dayanan şəxs bizim torpağımızdadır. Türkiyə isə bizim NATO-dakı müttəfiqimizdir. Türkiyə son dərəcə önəmli strateji əlaqələrimiz olan bir ölkədir”.

T.Mallok Türkiyə hakimiyyətinin Obamadan etdiyi tələbi Trampa da ünvanlamalı olduğunu və bir vətəndaşa görə münasibətin korlamamağının vacibliyinin vurğulayıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə